-
Çıxış 29:38Müqəddəs Kitab
-
-
38 Qurbangahda bunları təqdim et: mütəmadi olaraq, hər gün iki erkək toğlu.+
-
-
Lavililər 6:9Müqəddəs Kitab
-
-
9 «Haruna və oğullarına bu əmri çatdır: “Yandırma qurbanına dair qanun belədir:+ yandırma qurbanı bütün gecəni səhərədək qurbangahdakı odun üstündə qalmalıdır. Qurbangahdakı od aramsız yanmalıdır.
-
-
Hizqiyal 46:15Müqəddəs Kitab
-
-
15 Müntəzəm olaraq yandırma qurbanı kimi hər səhər erkək quzu, taxıl təqdiməsi və yağ gətirilməlidir”.
-