-
Lavililər 23:27—31Müqəddəs Kitab
-
-
27 «Həmin ayın onuncu günü isə Kəffarə günüdür.+ Müqəddəs toplantı çağırmalı, canınıza cəfa verməli*+ və Yehovaya odda yandırılan təqdimə gətirməlisiniz. 28 Həmin gün heç bir iş görülməməlidir, çünki o gün Allahınız Yehovanın önündə kəffarənizi vermək üçün təyin olunan Kəffarə günüdür.+ 29 O gün canına cəfa verməyən* adam xalqının arasından yox ediləcək*.+ 30 Mən həmin gün iş görən adamı məhv edəcəyəm. 31 Heç bir iş görməməlisiniz. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanundur.
-