132 Ey Yehova, Davudu,
Onun bütün əzablarını yada sal,+
2 Yada sal, ey Yehova, Sənə necə and içmişdi,
Yaqubun qüdrətli Allahına əhd etmişdi:+
3 «Evimə, çadırıma girmərəm,+
Yatağıma, döşəyimə qalxmaram,
4 Yuxunu gözlərimdən qovaram,
Kirpik qırpmaram,
5 Yehova üçün bir məkan,
Yaqubun qüdrətli Allahına əzəmətli məskən tapana qədər».+