-
Saylar 27:1—7Müqəddəs Kitab
-
-
27 Yusifin oğlu Mənəssənin ailələrindən olan Səlövhədin beş qızı var idi.+ Səlövhəd Həfərin, Həfər Giladın, Gilad Mahirin, Mahir isə Mənəssənin oğlu idi. Bir gün Səlövhədin qızları Məhla, Nuhə, Həclə, Milqə və Tirzə 2 Hüzur çadırının girişinə, Musanın, kahin Əlyazarın, başçıların+ və bütün icmanın qarşısına gəlib dedilər: 3 «Atamız səhrada ölüb, ancaq o, Qarunun tərəfini tutub Yehovaya qarşı çıxanların arasında olmayıb,+ öz günahına görə ölüb. Atamızın oğlu olmayıb, 4 ancaq heç rəvadırmı ki, buna görə onun adı nəslinin arasından silinsin? Bizə də atamızın qardaşları ilə bərabər mülk verin». 5 Musa bu məsələ ilə bağlı Yehovaya müraciət etdi.+
6 Yehova Musaya dedi: 7 «Səlövhədin qızları haqlıdır. Atalarının qardaşları arasında onlara da miras olaraq mülk verilməlidir. Atalarının mirasını onlara ver.+
-