-
Çıxış 29:27Müqəddəs Kitab
-
-
27 Harun və oğulları üçün kahinlik qurbanı kimi təqdim olunan qoçun hissələrini — yellətmə təqdiməsi kimi gətirilən döşü və müqəddəs pay kimi gətirilən budu müqəddəs et.+
-
-
Lavililər 7:34Müqəddəs Kitab
-
-
34 Çünki Mən İsrail oğullarının gətirdiyi ünsiyyət qurbanından yellətmə təqdiməsi olaraq gətirilən döşü və müqəddəs pay olan budu kahin Haruna və onun oğullarına verirəm. Bu, İsrail oğulları üçün həmişəlik qanundur.+
-
-
Saylar 15:20Müqəddəs Kitab
-
-
20 Taxılın ilk yarmasından+ halqavarı çörəklər təqdim etməlisiniz. Onu xırmanınızdan olan bəxşiş kimi təqdim etməlisiniz.
-