-
Saylar 22:23Müqəddəs Kitab
-
-
23 Ulaq Yehovanın mələyini əlində siyrilmiş qılınc yolun üstündə durduğunu görəndə yoldan çıxıb bağa girmək istədi. Amma Bələm ulağı yola döndərmək üçün başladı onu vurmağa.
-
-
Saylar 22:25Müqəddəs Kitab
-
-
25 Ulaq Yehovanın mələyini görəndə hasara qısıldı və Bələmin ayağını divara sıxdı. Bələm təzədən ulağı vurmağa başladı.
-
-
Saylar 22:27Müqəddəs Kitab
-
-
27 Ulaq Yehovanın mələyini görəndə Bələmin altında yerə çökdü. Hirs Bələmin başına vurdu, başladı əlindəki çomaqla ulağı döyməyə.
-