-
Saylar 22:16, 17Müqəddəs Kitab
-
-
16 Onlar Bələmin yanına gəlib dedilər: «Səfur oğlu Balaq belə deyir: “Sən heç nəyə baxma, dur gəl. 17 Sənə əlimdən gələn hörməti edərəm. Nə desən, canla-başla eləyərəm, təki sən gəl, bu xalqı lənətlə”».
-
-
Saylar 24:10, 11Müqəddəs Kitab
-
-
10 Bunu eşidən Balaq Bələmə qəzəbləndi və kinlə əlini əlinə vurub dedi: «Səni bura çağırmışdım ki, düşmənlərimi lənətləyəsən.+ Sən isə üç dəfədir ki, xeyir-dua verməkdən başqa bir şey etmirsən. 11 Çıx get, qayıt haradan gəlmisən ora. Məramım sənə hörmət göstərmək idi,+ amma Yehova səni bu şərəfdən məhrum etdi».
-