-
Lavililər 11:4—8Müqəddəs Kitab
-
-
4 Ancaq gövşəyən, yaxud dırnağı ikiyə bölünən heyvanlardan bunların ətini yemək haramdır: dəvənin, çünki gövşəsə də, dırnağı tam bölünməyib. O, sizin üçün napak sayılır.+ 5 Qayadovşanının+, çünki gövşəsə də, dırnağı ikiyə bölünməyib. O, sizin üçün napak sayılır. 6 Dovşanın, çünki gövşəsə də, dırnağı ikiyə bölünməyib. O, sizin üçün napak sayılır. 7 Donuzun+, çünki dırnağı ikiyə bölünüb ortasında ara olsa da, gövşəmir. O, sizin üçün napak sayılır. 8 Onların nə ətini yeməlisiniz, nə də leşinə toxunmalısınız. Onlar sizin üçün napak sayılır.+
-