-
Qanunun təkrarı 8:7—9Müqəddəs Kitab
-
-
7 Çünki Allahınız Yehova sizi gözəl diyara+ — qoynunda çaylar çağlayan, dağlarında, düzlərində bulaqlar, çeşmələr qaynayan, 8 buğdası, arpası, meynəsi, ənciri, narı,+ balı və zeytun yağı bol olan,+ 9 yemək qıtlığı nədir bilməyən, sizə heç nədən korluq çəkdirməyəcək diyara aparır, o diyara ki, daşından dəmir çıxır, dağlarında mis yatır.
-