Saylar
23 Bələm Balaqa dedi: «Mənim üçün bu yerdə yeddi qurbangah düzəlt+ və yeddi buğa ilə yeddi qoç hazırla». 2 Balaq cəld Bələmin tapşırığını yerinə yetirdi. Sonra Balaqla Bələm hər qurbangahda bir buğa və bir qoç qurban gətirdi.+ 3 Bələm Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən isə gedirəm. Görüm, bəlkə, Yehova mənə göründü. Mənə nə desə, gəlib sənə söyləyəcəyəm». Beləliklə, o, çılpaq bir təpəyə qalxdı.
4 Allah Bələmə görünəndə+ Bələm Ona dedi: «Cərgə ilə yeddi qurbangah düzəldib hər birinin üstündə bir buğa və bir qoç qurban gətirmişəm». 5 Yehova Bələmin dilinə söyləməli olduğu sözləri qoyub dedi:+ «Balaqın yanına qayıt, ona bu sözləri de». 6 O qayıdıb gördü ki, Balaq və bütün Muab ağsaqqalları yandırma qurbanının yanında durublar. 7 Onda o, belə bir qoşma söylədi:+
«Muab padşahı Balaq məni Aramdan,+
Şərq dağlarından gətizdirdi:
“Durma gəl, Yaquba nifrin yağdır.
Haydı, gəl İsrailə qarğış elə”.+
8 Allahın lənətləmədiyinə necə nifrin yağdırım?
Yehovanın məhkum etmədiyinə necə qarğış eləyim?+
9 Qayalar başından onları görürəm,
Təpələrdən onlara baxıram.
10 Yaqub qum dənələri qədər çoxdur,+ onu kim saya bilər?
Heç olmasa, dörddə birini.
Qoy saleh bəndə kimi ölüm,
Axırım onlarınkı kimi olsun».
11 Bunu eşidən Balaq Bələmə dedi: «Bu nə işdir başıma açırsan? Səni gətirmişəm, düşmənlərimi lənətləyəsən, sən isə o ki var xeyir-dua verirsən».+ 12 Bələm cavab verdi: «Məgər mən Yehovanın dilimə qoyduğu sözləri deməli deyiləm?»+
13 Balaq isə dedi: «Yaxşı, gəl səni başqa yerə aparım. Oradan onların hamısını yox, yalnız bir qismini görəcəksən. O yerdən onları lənətlə».+ 14 Beləcə, Balaq onu Fizqənin təpəsində+ olan Sufim yaylasına gətirdi, yeddi qurbangah düzəldib hər birinin üstündə bir buğa və bir qoç qurban gətirdi.+ 15 Bələm Balaqa dedi: «Sən burada yandırma qurbanının yanında qal, mən gedim Onunla danışım». 16 Yehova Bələmlə danışdı, söyləməli olduğu sözləri dilinə qoyub dedi:+ «Balaqın yanına qayıt, ona bu sözləri de». 17 Bələm Balaqın yanına qayıdıb gördü ki, o, Muab ağsaqqalları ilə birlikdə yandırma qurbanının yanında durub gözləyir. Balaq Bələmdən soruşdu: «Yehova nə dedi?» 18 O isə bu qoşmanı söylədi:+
«Qalx, ey Balaq, dinlə.
Eşit sözlərimi, ey Səfur oğlu.
Dediyini etməzmi?
Ağzından çıxan sözü yerinə yetirməzmi?+
21 O qoymaz ki, Yaquba ovsun oxunsun,
İsrailə bəla üz versin.
Allahı Yehova onunladır,+
O, aralarında ucadan alqışlanan Padşahdır.
22 Allah onları Misirdən çıxardı.+
O, onlar üçün çöl öküzünün buynuzları kimidir.+
İndi Yaqubla İsrail barəsində deyəcəklər:
“Gör bir Allah nələr edir!”
24 Bu xalq şir kimi qalxır,
Aslan kimi pəncəsi üstdə durur.+
Öz şikarını yeməyincə,
Öldürülənlərin qanını içməyincə rahatlaşan deyil».
25 Bunu eşidən Balaq Bələmə dedi: «Əgər onları lənətləyə bilmirsənsə, heç olmasa xeyir-dua da vermə». 26 Bələm Balaqa dedi: «Mən sənə deməmişdim, Yehova nə desə, onu da edəcəyəm?»+
27 Onda Balaq Bələmdən xahiş etdi: «Gəl səni başqa yerə aparım. Bəlkə, oradan xalqa lənət oxumağın Allaha məqbul oldu».+ 28 Balaq bunu deyib Bələmi üzü Yeşimona*+ baxan Faurun başına apardı. 29 Bələm Balaqa dedi: «Mənim üçün bu yerdə yeddi qurbangah düzəlt və yeddi buğa ilə yeddi qoç hazırla».+ 30 Balaq Bələmin tapşırığını yerinə yetirdi və hər qurbangahda bir buğa və bir qoç qurban gətirdi.