Saylar
24 Bələm görəndə ki, Yehovanın niyyəti İsrailə xeyir-dua verməkdir, daha onun süqutuna əlamət axtarmağa getmədi,+ üzünü səhraya tərəf çevirdi. 2 Başını qaldırıb qəbilə-qəbilə düşərgə salan İsraili görəndə+ Allahın ruhu onun üzərinə endi.+ 3 Onda Bələm bu qoşmanı söylədi:+
«Baur oğlu Bələmin,
Gözləri açılmış adamın sözü,
4 Allahın sözünü eşidən,
Qadiri-Mütləqdən vəhy almış,
Gözləri açıq təzim etmiş kəsin dilinə gələnlər:+
5 Çadırların nə gözəldir, ey Yaqub,
Alaçıqların füsunkardır, ey İsrail!+
6 Vadilər kimi, çay kənarındakı bağlar kimi,
Göz işlədikcə uzanıb gedir.+
Yehovanın əkdiyi əzvaytək,
Su kənarındakı sidr ağaclarıtək yayılıb.
7 Çəlləklərindən su axıb tökülür,
Toxumları bol sulu yerdə əkilir.+
8 Allah onu Misirdən çıxarıb gətirir;
O, onlar üçün çöl öküzünün buynuzları kimidir.
Başqa xalqları, ona zülm edənləri diri-diri udacaq,+
Sümüklərini gəmirəcək, onları oxla dəlik-deşik edəcək.
9 Şir kimi marığa yatıb, pusquda durur,
Bu aslanı qaldırmağa kim cürət edər?
Sənə alqış oxuyanlar alqış yiyəsidir,
Lənət edənlər isə lənətlidir».+
10 Bunu eşidən Balaq Bələmə qəzəbləndi və kinlə əlini əlinə vurub dedi: «Səni bura çağırmışdım ki, düşmənlərimi lənətləyəsən.+ Sən isə üç dəfədir ki, xeyir-dua verməkdən başqa bir şey etmirsən. 11 Çıx get, qayıt haradan gəlmisən ora. Məramım sənə hörmət göstərmək idi,+ amma Yehova səni bu şərəfdən məhrum etdi».
12 Cavabında Bələm Balaqa dedi: «Axı mən sənin elçilərinə demişdim: 13 “Balaq mənə evi dolusu qızıl-gümüş də versə, mən özbaşına, Yehovanın rizası olmadan nə yaxşı, nə də pis bir şey edə bilmərəm. Yehova mənə nə desə, onu da söyləyəcəyəm”.+ 14 Mən öz elimə-obama qayıdıram. Ancaq getməmişdən qoy sənə deyim bu xalq gələcəkdə sənin xalqının başına nələr gətirəcək». 15 Beləcə, Bələm bu qoşmanı söylədi:+
«Baur oğlu Bələmin,
Gözləri açılmış adamın sözü,+
16 Allahın sözünü eşidən kəsin,
Haqq-Taaladan* gələn biliyə sahib insanın,
Gözləri açıq təzim edərkən
Qadiri-Mütləqdən vəhy alanın dilinə gələnlər:
17 Onu görəcəyəm, amma indi yox;
Gözlərim onu görəcək, amma tezliklə yox.
O, Muabın alnını ikiyə böləcək,+
Qan-qan deyən oğulların kəlləsini yaracaq.
19 Yaqubdan bir fateh çıxacaq,+
Şəhərdə sağ qalanların hamısını qıracaq».
20 Bələm Əmaliki görəndə qoşmanın ardını dedi:
21 Qəniləri+ görəndə qoşmanın ardını belə gətirdi:
«Məskənin möhkəmdir, yuvan qayada qurulub.
22 Lakin Qainin* külünü göyə sovuran biri çıxacaq.
Aşşurun səni əsir aparmasına, görəsən, nə qədər qalıb?»
23 Sonra qoşmaya bu sözlərlə yekun vurdu:
«Vay aman! Allah bunları edən gün, görəsən, kimsə sağ qalacaq?
Ancaq o da köklü-köməcli yox olacaq».
25 Bundan sonra Bələm+ öz yolu ilə getdi, Balaq da öz yolu ilə.