Zəbur
Dirijora. «Xatirə zanbağı». Mixtam*. Davudun məzmuru. Təlim üçün. Davud Aram-Nəhraim və Aram-Sobah ilə döyüşərkən Yuab geri dönüb Duz vadisində 12 000 ədumini qıranda.+
60 Xudaya, bizi tərk etdin, cərgələrimizi yarıb keçdin,+
Bizə qəzəbləndin. İndi qəbul et bizi, nə olar.
2 Yeri titrətdin, çat-çat etdin,
Yer titrəyir, onun çatlarını bitişdir.
3 Xalqına sıxıntı verdin,
Bizə gicəlləndirici şərab içirtdin.+
4 Səndən qorxanlara işarə ver ki*,
Onlar qaçıb oxdan qurtulsunlar. (Selah)
5 Sağ əlinlə bizə qurtuluş ver, bizə hay ver,
Qoy istəkli bəndələrin nicat tapsın.+
6 Müqəddəs Allah* dedi:
8 Muab yuyunmaq üçün teştimdir,+
Səndəlimi Əduma tullayacağam,+
Filiştin üstünə zəfər harayı çəkəcəyəm».+
9 Kim məni mühasirədəki* şəhərə aparar?
Kim məni Əduma qədər aparar?+
10 Səndən başqa kim bunu edər, ey Allah?
Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız.+
11 Bizə kömək ol, sıxıntıdan qurtulaq,
Əbəsdir insandan xilas gözləmək.+