Zəbur
Dirijora. Davudun məzmuru.
2 Onu arzusuna çatdırdın,+
Ağzından çıxan diləyi rədd etmədin. (Selah)
4 Səndən uzun ömür dilədi, verdin,+
Ömrünü uzatdın əbədiyyətə qədər.
5 Verdiyin nicat onu ucalara qaldırır,+
Ona şan-şöhrət, əzəmət bəxş edirsən.
8 Əlin bütün düşmənlərini tapar,
Yağıları sağ əlinlə tutarsan.
9 Sən üzünü göstərəndə, soba kimi alışacaqlar.
Yehova qəzəbi ilə hamısını udacaq, onları alov məhv edəcək.+
10 Onların nəslini* yer üzündən siləcəksən,
Toxumunu bəşər oğulları arasından yox edəcəksən.
12 Sən yayı çəkib onları nişan alanda
Geri dönüb qaçacaqlar.+
13 Ey Yehova, qalx, göstər gücünü!
Qüdrətini nəğmələrdə tərənnüm edərik!