Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Nəhəmya 6
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Nəhəmyanın məzmunu

      • Tikintiyə müqavimət davam edir (1—14)

      • Divar 52 günə tikilib qurtarır (15—19)

Nəhəmya 6:1

Çarpaz istinadlar

  • +Nə 2:10; 4:3
  • +Nə 2:19; 4:7
  • +Dn 9:25
  • +Nə 3:1, 3

Nəhəmya 6:2

Çarpaz istinadlar

  • +1Sm 8:12; Nə 11:31, 35

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 30

Nəhəmya 6:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 30

    1/2/2006 s. 17

Nəhəmya 6:6

Çarpaz istinadlar

  • +Üz 4:14, 15
  • +Nə 2:19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 30

Nəhəmya 6:9

Çarpaz istinadlar

  • +Üz 4:4
  • +Zb 68:35; 138:3; Əş 41:10

Nəhəmya 6:10

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 30

Nəhəmya 6:11

Çarpaz istinadlar

  • +Sy 1:51; 18:7; 2Sm 26:18, 19

Nəhəmya 6:12

Çarpaz istinadlar

  • +Nə 2:10

Nəhəmya 6:14

Çarpaz istinadlar

  • +Nə 4:3, 4

Nəhəmya 6:15

Haşiyələr

  • *

    B15 əlavəsinə bax.

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    Müqəddəs Kitab, s. 1693, 1796

Nəhəmya 6:16

Çarpaz istinadlar

  • +Nə 4:7; Zb 129:5

Nəhəmya 6:17

Çarpaz istinadlar

  • +Nə 5:7

Nəhəmya 6:18

Çarpaz istinadlar

  • +Üz 2:1, 5
  • +Nə 3:4

Nəhəmya 6:19

Çarpaz istinadlar

  • +Nə 6:9, 10, 13

Digər

Nəh. 6:1Nə 2:10; 4:3
Nəh. 6:1Nə 2:19; 4:7
Nəh. 6:1Dn 9:25
Nəh. 6:1Nə 3:1, 3
Nəh. 6:21Sm 8:12; Nə 11:31, 35
Nəh. 6:6Üz 4:14, 15
Nəh. 6:6Nə 2:19
Nəh. 6:9Üz 4:4
Nəh. 6:9Zb 68:35; 138:3; Əş 41:10
Nəh. 6:11Sy 1:51; 18:7; 2Sm 26:18, 19
Nəh. 6:12Nə 2:10
Nəh. 6:14Nə 4:3, 4
Nəh. 6:16Nə 4:7; Zb 129:5
Nəh. 6:17Nə 5:7
Nəh. 6:18Üz 2:1, 5
Nəh. 6:18Nə 3:4
Nəh. 6:19Nə 6:9, 10, 13
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
Müqəddəs Kitab
Nəhəmya 6:1—19

Nəhəmya

6 Sanbalat, Tubiyyə+, ərəb Qəşəm+ və digər düşmənlərimizə çatdırdılar ki, mən divarı bərpa edib+ qurtarmışam, divardakı bütün aralar hörülüb. (Hərçənd o vaxt darvazaların qapı taylarını hələ taxmamışdım.)+ 2 Sanbalatla Qəşəm dərhal mənə bu xəbəri yolladılar: «Gəl vaxt təyin edib Unuh+ vadisindəki kəndlərdən birində görüşək». Əslində, onların məqsədi mənə pislik etmək idi. 3 Mən onlara qasidlərlə bu cavabı göndərdim: «Çox vacib işlə məşğulam, gələ bilmərəm. İşimi qoyub sizin yanınıza gəlsəm, iş dayanar». 4 Onlar düz dörd dəfə mənə eyni xəbəri göndərdilər, mən də hər dəfə onlara eyni cavabı göndərdim.

5 Sanbalat beşinci dəfə eyni xəbərlə yanıma öz xidmətçisini göndərdi. Onun əlində möhürsüz namə var idi. 6 Orada yazılmışdı: «Xalqlar arasında söz-söhbət gəzir ki, sən yəhudilərlə birgə üsyan hazırlayırsan.+ Bunu Qəşəm+ də deyir. Divarı da məhz buna görə tikirsən, deyilənə görə onların padşahı olmaq istəyirsən. 7 Hətta peyğəmbərlər təyin etmisən ki, sənin barəndə bütün Yerusəlimdə: “Yəhudada padşah var!” — deyib car çəksinlər. Bil ki, bütün bunlar padşaha çatdırılacaq. Gəl görüşüb danışaq».

8 Onda mən ona belə cavab göndərdim: «Dediklərinin heç biri doğru deyil, bunları özündən uydurursan». 9 Bəli, onların hamısı bizi qorxutmaq istəyirdi, onlar deyirdilər: «Əlləri işdən soyuyacaq, işi qurtara bilməyəcəklər».+ Ey Allahım, qoluma güc ver!+

10 Mən Mehitab oğlu Dəlayın oğlu Şəmayın evinə getdim. O, evinə qapanmışdı. Mənə dedi: «Gəl vaxt təyin edib Allahın evində, məbədin içində görüşək. Qapıları bağlayaq, çünki səni öldürməyə gələcəklər, gecə gəlib səni öldürəcəklər». 11 Mən isə dedim: «Heç mənim kimi adam qaçar? Mənim kimisi məbədə girib necə sağ qalar?+ Əsla girmərəm!» 12 Onda başa düşdüm ki, Şəmayı Allah göndərməyib, mənim zərərimə peyğəmbərlik etmək üçün onu Tubiyyə ilə Sanbalat+ tutub. 13 Şəmayı muzdla tutmuşdular ki, məni qorxudub günaha batırsınlar. Beləcə, adımı ləkələmək üçün əllərində əsas olsun və məni ittiham etsinlər.

14 Ey Allahım, Tubiyyəni+, Sanbalatı, onların əməllərini, gecə-gündüz məni qorxutmağa çalışan qadın peyğəmbər Nudiyəni və digər peyğəmbərləri unutma.

15 Beləliklə, elul* ayının iyirmi beşinci günündə, əlli iki günə divar bərpa edilib qurtardı.

16 Düşmənlərimiz bunu eşidəndə və ətrafımızdakı xalqlar bunu görəndə biabır oldular.+ Başa düşdülər ki, bu iş Allahımızın köməyilə görülüb. 17 O günlərdə Yəhudanın əsilzadələri+ Tubiyyəyə çoxlu namə göndərir və ondan namə alırdılar. 18 Yəhudada çox adam Tubiyyəyə sadiq qalacağına and içmişdi, çünki o, Ərah+ oğlu Səkənyanın kürəkəni idi və onun oğlu Yəhukənan Bərxiya oğlu Məşullamın+ qızını almışdı. 19 Üstəlik, yanımda onun barəsində yaxşı şeylər danışırdılar. Mənimsə sözlərimi ona çatdırırdılar. Sonra da Tubiyyə məni qorxutmaq üçün namələr göndərirdi.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş