Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 3
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əyyub doğulduğu günü lənətləyir (1—26)

        • Əzablarının səbəbini arayır (20, 21)

Əyyub 3:1

Çarpaz istinadlar

  • +Ər 20:14, 15

Əyyub 3:3

Çarpaz istinadlar

  • +Əy 10:18, 19; Ər 15:10

Əyyub 3:6

Çarpaz istinadlar

  • +Əy 10:18, 19

Əyyub 3:8

Haşiyələr

  • *

    Ehtimala görə, timsah, yaxud başqa iri, güclü su heyvanıdır.

Çarpaz istinadlar

  • +Əy 41:1, 10; Zb 104:25, 26

Əyyub 3:10

Çarpaz istinadlar

  • +Əy 10:18

Əyyub 3:11

Çarpaz istinadlar

  • +Ər 20:17, 18

Əyyub 3:12

Haşiyələr

  • *

    Yaxud diz üstünə.

Əyyub 3:13

Çarpaz istinadlar

  • +Vz 9:5, 10
  • +Yh 11:11

Əyyub 3:14

Haşiyələr

  • *

    Digər variant: özləri üçün boş, kimsəsiz yerlər tikmiş.

Əyyub 3:17

Çarpaz istinadlar

  • +Zb 146:4; Vz 9:10; Əş 57:1, 2

Əyyub 3:19

Çarpaz istinadlar

  • +Əy 30:23; Zb 49:10, 12; Vz 8:8; 9:2

Əyyub 3:20

Çarpaz istinadlar

  • +1İş 1:10; 2Pd 4:27

Əyyub 3:21

Çarpaz istinadlar

  • +Sy 11:11, 15; 1Pd 19:3, 4; Əy 7:15, 16; Yn 4:2, 3

Əyyub 3:23

Çarpaz istinadlar

  • +Əy 12:14; 19:8

Əyyub 3:24

Çarpaz istinadlar

  • +Zb 102:9, 10
  • +Zb 22:1; 38:8

Digər

Əyy. 3:1Ər 20:14, 15
Əyy. 3:3Əy 10:18, 19; Ər 15:10
Əyy. 3:6Əy 10:18, 19
Əyy. 3:8Əy 41:1, 10; Zb 104:25, 26
Əyy. 3:10Əy 10:18
Əyy. 3:11Ər 20:17, 18
Əyy. 3:13Vz 9:5, 10
Əyy. 3:13Yh 11:11
Əyy. 3:17Zb 146:4; Vz 9:10; Əş 57:1, 2
Əyy. 3:19Əy 30:23; Zb 49:10, 12; Vz 8:8; 9:2
Əyy. 3:201İş 1:10; 2Pd 4:27
Əyy. 3:21Sy 11:11, 15; 1Pd 19:3, 4; Əy 7:15, 16; Yn 4:2, 3
Əyy. 3:23Əy 12:14; 19:8
Əyy. 3:24Zb 102:9, 10
Əyy. 3:24Zb 22:1; 38:8
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
Müqəddəs Kitab
Əyyub 3:1—26

Əyyub

3 Sonra Əyyub sözə başlayıb doğulduğu günə lənət yağdırdı.+ 2 Əyyub belə dedi:

 3 «Kaş nə doğulduğum gün olaydı,+

Nə də “ana bətninə bir oğul düşdü” deyilən gecə.

 4 Kaş o gün zülmət olaydı,

Allah göydən ona nəzər salmayaydı,

İşıq üzü görməyəydi.

 5 Kaş o gün zülmətə qərq olaydı,

Üzərinə qara bulud enəydi,

Kaş qaranlıq onu dəhşətə salaydı.

 6 O gecə! Kaş o gecəni zil qaranlıq bürüyəydi,+

Kaş ilin günləri içində ona sevinc nəsib olmayaydı,

Ayın günləri sırasına düşməyəydi.

 7 Kaş o gecə qısır olaydı,

Kaş o vaxt şənlik səsi olmayaydı.

 8 Kaş günlərə lənət oxuyanlar o günə lənət yağdıraydı,

Kimlər ki livyatanı*+ oyatmağa qadirdir.

 9 Kaş onun dan ulduzları sönəydi,

Kaş işığa həsrət qalaydı,

Sübh şəfəqini görməyəydi.

10 O, anamın bətninin qapılarını bağlamadı,+

Əzab-əziyyəti məndən gizlətmədi.

11 Niyə doğulan kimi ölmədim?

Niyə ana bətnindən çıxanda ölmədim?+

12 Niyə məni qucağa* aldılar,

Niyə mənə döş verdilər?

13 İndi rahatca uzanmışdım,+

Yatırdım, dincəlirdim,+

14 Tikdikləri viranə qalmış*

dünya padşahları ilə, vəzirlərilə,

15 Evlərini gümüşlə doldurmuş,

Qızıl toplamış rəhbərlərlə.

16 Axı niyə ölü doğulmuş,

İşıq üzü görməyən uşaqlar kimi olmadım?

17 Orada şər adamların acığı bitir,

Taqətsizlər dincəlir,+

18 Məhbuslar rahatlıq tapır,

Onları işlədənlərin səsini eşitmirlər.

19 Orada kiçik də, böyük də eynidir,+

Qul ağasından azaddır.

20 Axı niyə Allah əzab çəkənə işıq verir?

Niyə həyatı acı olanı yaşadır?+

21 Nə üçün ölüm arzulayanlar ölüm tapmır?+

Axı onlar dəfinə axtarmaqdan çox bunu axtarırlar,

22 Qəbir tapanda xoşbəxt olurlar,

Sevinib-şadlanırlar.

23 Niyə Allah hər tərəfdən sədd qoyduğu insana,

Yolu-izi itirmiş adama işıq verir?+

24 Ah-naləm yeməyimə qarışıb,+

Ah-zarım+ su kimi axır.

25 Çünki qorxduğum şey başıma gəlib,

Hürkdüyüm şey qabağıma çıxıb.

26 Rahatlığım, dincliyim, sakitliyim yoxdur,

Əzablarım qurtarmır ki qurtarmır».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş