Zəbur
74 Ah Allahım, niyə bizi həmişəlik tərk etdin?+
Niyə örüşünün sürüsünə qarşı qəzəbin kükrəyir?+
2 Qədim zamanlarda sahib olduğun xalqı,+
Fidyə ilə qurtarıb Özününkü etdiyin qəbiləni,+
Məskən etdiyin Sion dağını+ yada sal.
4 Düşmənlərin ibadətgahının ortasında nərə çəkirdi,+
Bayraqlarını ora sancıblar.
5 Onlar qalın meşəyə balta çalanlara bənzəyirdi.
6 Müqəddəs məkanının oyma naxışlarını+ baltayla, linglə qırıb-tökdülər,
7 Müqəddəs məkanına od vurdular,+
Adını daşıyan çadırı uçurub murdarladılar.
8 Onlar və övladları ürəklərində dedilər:
«Allahın bu torpaqdakı bütün ibadətgahlarını yandırıb kül edəcəyik!»
9 Daha bir peyğəmbər qalmayıb,
Bir əlamət görmürük.
Nə vaxtadək belə olacaq, heç birimiz bilmirik.
10 Ey Allah, nə vaxtadək düşmən Sənə rişxənd edəcək?+
Yoxsa sonsuzadək yağı Sənin adına küfr edəcək?+
11 Axı nə üçün əlini, sağ əlini tutub saxlayırsan?+
Onu qoynundan çıxart, onları məhv et.
12 Fəqət Allah əzəldən mənim padşahımdır,
Dünyada möhtəşəm qurtuluşlar göstərən Odur.+
16 Gündüz də Sənindir, gecə də Sənin,
İşığı da, günəşi də Sən yaratmısan.+
18 Ey Yehova, unutma, düşmənin rişxəndlərini,
Nadan bir xalq Sənin adına küfr edir.+
19 Öz qumru quşunun canını yırtıcı heyvana vermə,
Məzlum bəndələrinin həyatını həmişəlik unutma.
20 Bizimlə bağladığın əhdi yada sal,
Çünki dünyanın qaranlıq yerləri zorakılıq yuvasına dönüb.
22 Qalx, ey Allah, qoy ədalət bərqərar olsun,
Nadanın bütün günü Sənə rişxənd etdiyini unutma.+
23 Düşmənlərinin sözlərini unutma,
Səni saymayanların harayı kəsilmir.