Əyyub
17 Gücüm tükənib, günlərim sönüb gedir,
Məni qəbir gözləyir.+
2 Rişxəndçilər məni dövrəyə alıb,+
Onların düşmənçiliyi gözümün qabağındadır.
3 Girov verirəm, götür, qoy Səndə qalsın,
Səndən başqa kim əlimi sıxıb mənə zamin durar?+
4 Onların ürəyini dərrakənin üzünə bağladın,+
Buna görə də onları yüksəltmirsən.
5 Uşaqlarının gözlərinin nuru sönür,
O isə dostlarını pay götürməyə çağırır.
7 Dərddən gözüm tor salıb,+
Bədənim kölgədən fərqlənmir.
8 Dürüst adamlar buna mat qalır.
Allahsızlar məsumları dilxor edir.
10 Amma, buyurun, ittihamlarınızın davamını gətirin,
Ancaq aranızda hikmətli adam görmürəm.+
12 Onlar: “Hər gecənin bir gündüzü var”, — deyərək
Gecəni gündüzə çevirirlər.
Torpaq qurduna: “Anam-bacım sənsən”, — deyərəm.
15 Hanı ümidim?+
Kim onu görür?