Əşiya
20 Aşşur padşahı Sarqonun əmrilə tartan* Aşdoda+ hücum edib onu zəbt etdiyi+ il 2 Yehova Amuz oğlu Əşiyaya+ belə dedi: «Get, belindən çulu, ayağından səndəli çıxar». O, buyruğa əməl edib çılpaq* və ayaqyalın gəzməyə başladı.
3 Sonra Yehova dedi: «Qulum Əşiya Misir+ və Həbəş+ üçün əlamət və nişanə+ olaraq üç il çılpaq və ayaqyalın gəzdiyi kimi, 4 Aşşur padşahı da Misir və Həbəş əsirlərini,+ həm cavanı, həm qocanı çılpaq, ayaqyalın, qurşaqdan aşağı lüt sürgünə aparacaq. Misirin eyib yerləri bayırda qalacaq. 5 Həbəşə ümid bağlayanlar, Misirlə fəxr edənlər dəhşətə gələcək, xəcalət çəkəcəklər. 6 O gün bu sahilyanı ərazinin sakinləri deyəcəklər: “Bu da Aşşur padşahından qurtulmaq üçün kölgəsinə sığındığımız pənahgahımız, ümid yerimiz! İndi biz necə xilas olacağıq?”»