Əstər
10 Şah Ahaşveroş dəniz adaları da daxil olmaqla bütün məmləkəti üzərində əmək mükəlləfiyyəti qoydu.
2 Onun bütün möhtəşəm və qüdrətli işləri, şahın Mərdəhayı+ yüksəltdiyi şöhrətlə+ bağlı təfərrüatlar Mada və Fars+ şahlarının salnamələr kitabında+ yazılmışdır. 3 Yəhudi Mərdəhay şahdan sonra ikinci adam idi, yəhudilər arasında onun böyük nüfuzu vardı. Bütün soydaşları* ona hörmət bəsləyirdi, çünki o, xalqının güzəranı və onların gələcək nəslinin rifahı üçün çalışırdı.