Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 15
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əlifəzin ikinci nitqi (1—35)

        • Əyyubun Allahdan qorxmadığını iddia edir (4)

        • Əyyubu lovğalıqda ittiham edir (7—9)

        • «O, mələklərinə belə güvənmir» (15)

        • Şər adam işgəncə çəkir (20—24)

Əyyub 15:1

Çarpaz istinadlar

  • +Əy 2:11; 4:1

Əyyub 15:6

Çarpaz istinadlar

  • +Əy 42:8

Əyyub 15:9

Çarpaz istinadlar

  • +Əy 13:2; 16:2

Əyyub 15:10

Çarpaz istinadlar

  • +Əy 32:6

Əyyub 15:14

Çarpaz istinadlar

  • +Əy 25:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2010 s. 20

Əyyub 15:15

Haşiyələr

  • *

    Hərfən: müqəddəslərinə.

Çarpaz istinadlar

  • +Əy 25:5, 6; 42:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2010 s. 20

    1/12/2005 s. 30—31

Əyyub 15:16

Çarpaz istinadlar

  • +Əy 4:18, 19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/2/2010 s. 20

Əyyub 15:18

Çarpaz istinadlar

  • +Əy 8:8

Əyyub 15:21

Çarpaz istinadlar

  • +Əy 18:11; 20:25

Əyyub 15:22

Çarpaz istinadlar

  • +Əy 18:12

Əyyub 15:25

Haşiyələr

  • *

    Yaxud Qüdrət Sahibindən üstün olmaq istəyir.

Əyyub 15:30

Çarpaz istinadlar

  • +Əy 4:9

Əyyub 15:32

Çarpaz istinadlar

  • +Əy 22:15, 16

Əyyub 15:34

Çarpaz istinadlar

  • +Əy 8:11—13

Digər

Əyy. 15:1Əy 2:11; 4:1
Əyy. 15:6Əy 42:8
Əyy. 15:9Əy 13:2; 16:2
Əyy. 15:10Əy 32:6
Əyy. 15:14Əy 25:4
Əyy. 15:15Əy 25:5, 6; 42:7
Əyy. 15:16Əy 4:18, 19
Əyy. 15:18Əy 8:8
Əyy. 15:21Əy 18:11; 20:25
Əyy. 15:22Əy 18:12
Əyy. 15:30Əy 4:9
Əyy. 15:32Əy 22:15, 16
Əyy. 15:34Əy 8:11—13
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
Müqəddəs Kitab
Əyyub 15:1—35

Əyyub

15 Təhmani Əlifəz+ belə cavab verdi:

 2 «Heç hikmətli adam boş-boş dəlillər gətirər,

Ürəyini yanlış fikirlərlə doldurar?

 3 Sözlə tənbeh etmək faydasızdır,

Danışmaqla kar aşmaz.

 4 Sən Allah qorxusunu qüvvədən salırsan,

Allaha sayğını cılızlaşdırırsan.

 5 Ağzını öyrədən təqsirlərindir,

Dilindən hiyləgərlik tökülür.

 6 Səni məhkum edən mən deyiləm, öz dilindir,

Öz dodaqların əleyhinə danışır.+

 7 Olmaya, ilk doğulan adam sənsən?

Bəlkə, sən təpələrdən öncə doğulmusan?

 8 Heç Allahın sirlərinə qulaq asırsan?

Bəlkə, hikmət təkcə səndədir?

 9 Sən nəyi bilirsən ki, biz bilmirik?+

Nəyi anlayırsan ki, biz anlamırıq?

10 Aramızda ağsaçlı da var, ahıl da var,+

Atandan yaşlıdırlar.

11 Məgər Allahın təsəllisi,

Yumşaq deyilən sözlər sənə bəs eləmir?

12 Niyə ürəyin belə qürrələnir?

Niyə gözlərindən alov püskürür?

13 Sən Allahın Özünə acıqlanmısan,

Ağzından bu cür sözlər çıxarırsan.

14 Fani insan nədir ki, təmiz olsun?

Qadından doğulan nədir ki, saleh olsun?+

15 Bax, O, mələklərinə* belə, güvənmir,

Hətta göylər Onun gözündə pak deyil.+

16 O ki qaldı iyrənc, pozğun adam ola!+

O adam ki haqsızlığı su kimi içir.

17 Qulaq as, sənə söyləyim,

Gördüklərimi nəql edim,

18 Bunu hikmətlilər deyib,

Atalarından eşidiblər,+ gizlətməyiblər.

19 O atalar ki məmləkət yalnız onlara verilmişdi,

Heç bir yadelli aralarına girməmişdi.

20 Şər adam, zalım ömrü boyu,

Ona ayrılan illər boyu işgəncə çəkir.

21 Qulağında dəhşət uğultusu səslənir,+

Dinc dövrdə üstünə soyğunçu gəlir.

22 Zülmətdən çıxacağına inanmır,+

Onu qılınc gözləyir.

23 Ora-bura vurnuxub çörək axtarır, deyir “haradadır?”

Bilir ki, zülmət günü başının üstünü kəsdirib.

24 Dərd-qubar onu qorxudur,

Hücuma hazır duran padşah kimi onu məğlub edir.

25 O, əlini Allaha qarşı uzadıb,

Qüdrət Sahibini saymır*,

26 Qalın, möhkəm qalxanını götürüb,

Dikbaşlıqla Onun üstünə cumur,

27 Özünü lovğa aparır,

Qarnı piy bağlayıb.

28 O, yerlə yeksan olacaq şəhərlərdə,

Kimsəsiz qalacaq evlərdə yaşayır.

Onlar daş qalağına dönəcək.

29 O varlanmayacaq, var-dövləti artmayacaq,

Mal-mülkü məmləkətə yayılmayacaq.

30 Zülmətdən qurtulmayacaq,

Pöhrəsini alov qurudacaq,

Allahın bir üfürümünə yox olacaq.+

31 Qoy o, boş şeylərə bel bağlayıb aldanmasın,

Nəsibi yalnız puçluq olacaq,

32 Günü gəlməmiş bu baş verəcək.

Budaqları çiçək açmayacaq,+

33 Meynə kimi qoralarını,

Zeytun ağacı kimi çiçəklərini tökəcək.

34 Allahsızlar icmasında həyat yoxdur,+

Rüşvətxorluq çadırını alov kül edər.

35 Onlar bəlaya hamilə qalıb şər doğurlar,

Bətnlərinin barı məkrdir».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş