Yuşə
15 Yəhuda qəbiləsinin nəsillərinə püşklə düşən+ torpaq cənubda Ədum+ sərhədinə, Sin səhrasına və Negevə uzanırdı. 2 Cənub sərhədləri Şor dənizin* qurtaracağından, cənub körfəzindən başlanırdı.+ 3 Cənuba, Əqrəb yoxuşuna+ uzanır, Sini keçir, sonra cənubdan Qədis-Barniyə,+ oradan Həsruna, Addara qalxır və Qarqaya gedirdi. 4 Sonra Əzmundan+ keçib Misir vadisinə+ qədər uzanır, dənizdə* qurtarırdı. Bu, onların cənub sərhədi idi.
5 Onların şərq sərhədi Şor dəniz boyunca uzanıb, İordanın mənsəbində bitirdi. Şimal sərhədi dənizin körfəzindən, İordanın mənsəbindən başlanırdı.+ 6 Sərhəd Beyt-Həcləyə+ qalxaraq Beyt-Ərəbənin+ şimalından keçirdi və Rubən oğlu Böhanın daşına+ çatırdı. 7 Sonra sərhəd Axor dərəsindəki+ Dəbirə qədər uzanır və vadidən cənubdakı Adummim yoxuşu ilə üzbəüz Gilqala+, şimala yönəlirdi. Sərhəd Eyn-Şəms+ sularını keçib Eyn-Rogeldə+ qurtarırdı. 8 Sonra Bəni-Hinnom vadisinə+, yəbusilərin+ şəhərinə, yəni Yerusəlimin+ cənub yamacına qalxırdı və Hinnom vadisinin düz qərbində, Rəfayim dərəsinin şimal qurtaracağında yerləşən dağın başına uzanırdı. 9 Dağın başından Niftah sularının+ mənbəyinə uzanıb Əfrun dağındakı şəhərlərə qalxırdı. Sərhəd Baalata, yəni Kiryat-Yarimə+ uzanırdı. 10 Baalatdan qərbə, Sair dağına gedib Yarim dağının şimal yamacından, yəni Kəslundan keçir, sonra Beyt-Şəmsə+ enir, oradan da Timnaha+ qalxırdı. 11 Sonra Ekronun+ şimal yamacına uzanıb Şəqiruna yönəlir, Baalat dağını keçir və Yabniilə qalxırdı. Sərhəd dənizdə bitirdi.
12 Qərb sərhədi Böyük dənizin* sahili idi.+ Nəsillərinə görə Yəhuda övladlarına düşən payın sərhədləri bunlar idi.
13 Yuşə Yehovanın buyruğunu yerinə yetirib Yufənna oğlu Kalibə+ Yəhuda övladlarının torpağında Kiryat-Arbanı (Arba Anaqın atası idi), yəni Həbrunu+ pay verdi. 14 Kalib oradan Anaqın övladlarını+, onun üç oğlunu — Şişayı, Əximanı və Talmayı+ qovdu. 15 Sonra Dəbir+ əhalisinə hücum etdi. (Dəbirin əvvəlki adı Kiryat-Səfr idi.) 16 Kalib dedi: «Kim Kiryat-Səfri ələ keçirib oranı alarsa, qızım Axşanı ona verəcəyəm». 17 Kalibin qardaşı Qənazın oğlu Üsniil+ oranı zəbt etdi, Kalib də qızı Axşanı+ ona verdi. 18 Axşa gəlin köçərkən ərini sövq etdi ki, onun atasından torpaq sahəsi istəsin. Qız ulaqdan düşəndə* Kalib ondan soruşdu: «Nə istəyirsən?»+ 19 Qız dedi: «Mənə hədiyyə ver, çünki mənə cənubda* quraq yer vermisən, indi Qullot-Maimi* də ver». Beləcə, Kalib Yuxarı Qullotu və Aşağı Qullotu ona verdi.
20 Nəsillərinə görə Yəhuda qəbiləsinə verilən irs bu idi.
21 Cənubda, Ədum+ sərhədi tərəfdə Yəhuda qəbiləsinə məxsus olan şəhərlər bunlar idi: Kəbzil, Ədər, Yaqur, 22 Kinah, Dimna, Adad, 23 Qədəs, Həzur, İsnan, 24 Zif, Tələm, Bilus, 25 Həzur-Hadat, Kiryut-Həsrun, yəni Həzur, 26 Amam, Şəma, Molad+, 27 Hazar-Qaddah, Həşmun, Beyt-Fələt+, 28 Hazar-Şual, Biir-Səba+, Bəzutiyyə, 29 Baalat, Yim, Əzəm, 30 İltolad, Kəşil, Horma+, 31 Sığlaq+, Madmənna, Sansənna, 32 Ləbat, Şilhim, Ayin, Rimmun+. Kəndləri ilə birgə iyirmi doqquz şəhər.
33 Şəflada+ isə: Əştul, Sorah+, Əşna, 34 Zənah, Eyn-Qannim, Təffua, Eynam, 35 Yarmut, Ədullam+, Soqo, Əzqa+, 36 Şəraim+, Aditayim, Cədərə və Cədərətaim*. Kəndləri ilə birgə on dörd şəhər.
37 Sənan, Hədəşə, Micdəl-Cad, 38 Dilan, Mispih, Yuqtil, 39 Lahiş+, Bozqat, Əclun, 40 Qəbbun, Ləhmas, Kitliş, 41 Cədarut, Beyt-Daqon, Nəama, Məqədə+. Kəndləri ilə birgə on altı şəhər.
42 Libna+, İser, Aşan+, 43 İftah, Əşna, Nəsif, 44 Qəyla, Əxzib, Məraş. Kəndləri ilə birgə doqquz şəhər.
45 Ekron, ətraf şəhərlər və kəndlər. 46 Ekrondan qərbdə kəndləri ilə birgə Aşdod ətrafında yerləşən bütün şəhərlər.
47 Aşdod+, ətraf şəhərlər və kəndlər. Misir vadisinə, Böyük dənizlə sahilboyu əraziyə qədər Qəzzə+ və ətraf şəhərlərlə kəndlər.+
48 Dağlıq bölgədə: Samir, Yəttir+, Soqo, 49 Dənnah, Kiryat-Səna, yəni Dəbir, 50 Anab, İştim+, Anim, 51 Qoşen+, Hülun, Gilo+. Kəndləri ilə birgə on bir şəhər.
52 Ərəb, Dumah, İşan, 53 Yanum, Beyt-Təffua, Əfiqə, 54 Hümtə, Kiryat-Arba, yəni Həbrun+ və Sior. Kəndləri ilə birgə doqquz şəhər.
55 Məun+, Karmel, Zif+, Yüttə, 56 Yizrail, Yuqdəm, Zənah, 57 Qain, Gibah, Timnah+. Kəndləri ilə birgə on şəhər.
58 Halhul, Beyt-Sur, Cədur, 59 Mağarat, Beyt-Anot, İltiqun. Kəndləri ilə birgə altı şəhər.
60 Kiryat-Baal, yəni Kiryat-Yarim+ və Rabbah. Kəndləri ilə birgə iki şəhər.
61 Səhrada: Beyt-Ərəbə+, Middin, Səkkah, 62 Nibşan, Duz şəhəri, Eyn-Gedi+. Kəndləri ilə birgə altı şəhər.
63 Amma Yəhuda kişiləri Yerusəlimdə+ yaşayan yəbusiləri+ qova bilmədilər,+ buna görə də yəbusilər indiyə qədər Yerusəlimdə yəhudalıların arasında yaşayırlar.