Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 1 İşmuil 11
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

1 İşmuilin məzmunu

      • Talut əmuniləri məğlub edir (1—11)

      • Talut yenidən padşah elan edilir (12—15)

1 İşmuil 11:1

Çarpaz istinadlar

  • +Qn 2:19
  • +Hk 21:8; 1İş 31:11, 12

1 İşmuil 11:4

Çarpaz istinadlar

  • +1İş 10:26; 14:2

1 İşmuil 11:6

Çarpaz istinadlar

  • +Hk 3:9, 10; 6:34; 11:29; 14:5, 6; 1İş 10:10, 11; 16:13

1 İşmuil 11:10

Çarpaz istinadlar

  • +1İş 11:3

1 İşmuil 11:11

Haşiyələr

  • *

    İbranilər gecəni üç «növbə»yə bölürdü. Axırıncı növbə olan səhər növbəsi gecə saat ikidən səhər saat altıyadək davam edirdi.

Çarpaz istinadlar

  • +1İş 11:1

1 İşmuil 11:12

Çarpaz istinadlar

  • +1İş 10:26, 27

1 İşmuil 11:13

Çarpaz istinadlar

  • +2İş 19:22

1 İşmuil 11:14

Çarpaz istinadlar

  • +1İş 7:15, 16
  • +1İş 10:17, 24

1 İşmuil 11:15

Çarpaz istinadlar

  • +Lav 7:11
  • +1Pd 1:39, 40; 2Pd 11:12, 14; 1Sm 12:39, 40

Digər

1 İşm. 11:1Qn 2:19
1 İşm. 11:1Hk 21:8; 1İş 31:11, 12
1 İşm. 11:41İş 10:26; 14:2
1 İşm. 11:6Hk 3:9, 10; 6:34; 11:29; 14:5, 6; 1İş 10:10, 11; 16:13
1 İşm. 11:101İş 11:3
1 İşm. 11:111İş 11:1
1 İşm. 11:121İş 10:26, 27
1 İşm. 11:132İş 19:22
1 İşm. 11:141İş 7:15, 16
1 İşm. 11:141İş 10:17, 24
1 İşm. 11:15Lav 7:11
1 İşm. 11:151Pd 1:39, 40; 2Pd 11:12, 14; 1Sm 12:39, 40
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
Müqəddəs Kitab
1 İşmuil 11:1—15

Birinci İşmuil

11 Əmuni+ Nahaş gəlib Giladdakı Yabeş+ qarşısında düşərgə qurdu. Bütün yabeşlilər Nahaşa: «Bizimlə saziş bağla, biz sənə qulluq edərik», — dedilər. 2 Əmuni Nahaş onlara dedi: «Bir şərtim var. Hamınızın sağ gözünü oyub çıxaracağam. Qoy İsrail rüsvay olsun». 3 Yabeş ağsaqqalları ona cavab verdilər: «Bizə yeddi gün möhlət ver. Qoy İsrailin hər yerinə qasidlər göndərək. Əgər dadımıza çatan olmasa, onda sənə təslim olarıq». 4 Qasidlər Talutun yaşadığı Gibaha+ gəldilər və bu sözləri xalqa söylədilər. Xalq fəryad qoparıb ağlamağa başladı.

5 Talut naxırın arxasında otlaqdan gəlirdi. O soruşdu: «Camaata nə olub? Niyə hamı ağlaşır?» Yabeşlilərin sözlərini ona çatdırdılar. 6 Bunu eşidəndə Yehovanın ruhu onun üzərinə endi.+ Talut bərk qəzəbləndi. 7 İki buğa götürüb onları tikə-tikə doğradı və qasidlərə verib İsrailin hər yerinə göndərdi. Qasidlər hər yerdə car çəkdilər: «Kim Talutla İşmuilin ardınca getməsə, onun mal-qarası bu kökə salınacaq!» Xalqı Yehovanın vəhmi bürüdü. Hamı bir nəfər kimi durub gəldi. 8 Talut Bəzəqdə onları saydı. Orada 300 000 israilli, 30 000 yəhudalı var idi. 9 Onlar qasidlərə dedilər: «Giladdakı yabeşlilərə belə deyin: “Sabah günəş qızan vaxt siz xilas olacaqsınız”». Qasidlər gedib bu xəbəri yabeşlilərə çatdırdılar. Onlar çox sevindilər. 10 Yabeşlilər Nahaşa dedilər: «Sabah biz sizə təslim olacağıq. Onda nə istəsəniz, bizimlə edərsiniz».+

11 Ertəsi gün Talut adamlarını üç hissəyə böldü. Onlar səhər növbəsi* vaxtı düşərgənin ortasına girdilər və günəş qızana qədər əmuniləri qırdılar.+ Sağ qalanların hərəsi bir tərəfə səpələndi. Belə ki, iki nəfəri bir yerdə görmək olmurdu. 12 Onda xalq İşmuilə dedi: «“Talut bizə padşah olacaq?” deyən kim idi?+ Onları verin öldürək». 13 Amma Talut dedi: «Bu gün heç kim ölməyəcək.+ Bu gün Yehova İsrailə qurtuluş verib».

14 Bir qədər sonra İşmuil xalqa dedi: «Gəlin Gilqala+ gedək. Talutu yenidən padşah elan edək».+ 15 Bütün xalq Gilqala getdi. Orada Yehovanın hüzurunda Talutu padşah etdilər. Sonra Yehovanın hüzurunda ünsiyyət qurbanları təqdim olundu.+ Talut və bütün İsrail xalqı böyük sevinc içində bayram etdi.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş