Saylar
10 Sonra Yehova Musaya dedi: 2 «Özün üçün döymə gümüşdən iki kərənay düzəlt.+ Kərənaylardan icmanı toplamaq, yaxud düşərgəni yığmaq lazım gələndə istifadə edəcəksən. 3 Kərənayların ikisi də çalınanda bütün icma Hüzur çadırının girişində, sənin önündə toplaşmalıdır.+ 4 Biri çalınanda isə yanına yalnız İsrail kütlələrinin böyükləri, başçılar toplaşmalıdır.+
5 Kərənay səsi zilə-bəmə qalxıb-düşəndə şərqdəkilərin+ düşərgəsi yola düşməlidir. 6 Kərənay ikinci dəfə bu ahənglə çalınanda cənubdakıların+ düşərgəsi yola düşməlidir. Hər dəfə kərənay bu cür çalınanda bir düşərgə yola düşməlidir.
7 Bütün icmanı toplamaq lazım gələndə də kərənay çalın,+ amma bir ahəngdə. 8 Kərənayları kahinlər, Harun oğulları çalmalıdır.+ Bu, sizin üçün nəsildən-nəslə həmişəlik qanundur.
9 Sizi sıxışdıran düşmənlə müharibəyə gedəndə ölkənizdə kərənayla müharibə çağırışı çalın.+ Onda Allahınız Yehova sizi xatırlayacaq və sizi düşmənlərinizin əlindən qurtaracaq.
10 Həmçinin şad günlərinizdə+ — bayramlarda+ və ay başlayanda yandırma qurbanlarınızın+ və ünsiyyət qurbanlarınızın+ üstündə kərənay çalın. Onlar sizi Allahınızın yadına salacaq. Mən sizin Allahınız Yehovayam».+
11 İkinci ilin ikinci ayının iyirminci günündə+ bulud Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadırın üstündən qalxdı.+ 12 Beləliklə, israillilər yığışıb müəyyən edilmiş qayda ilə Sina səhrasından yola düşdülər.+ Bulud Fəran səhrasında dayandı.+ 13 Bu birinci dəfə idi ki, onlar Yehovanın Musa vasitəsilə verdiyi əmrə görə yola düşürdülər.+
14 Yəhuda oğulları düşərgəsinin üçqəbiləli bölümü bölüklər halında birinci yola düşdü. Yəhuda oğullarının bölüyünə Əminədab oğlu Nəhsun+ başçılıq edirdi. 15 Yəsakir qəbiləsinin bölüyünə Suar oğlu Nəsnail+ başçılıq edirdi. 16 Zəbulun qəbiləsinin bölüyünə Hilun oğlu Əlyab+ başçılıq edirdi.
17 Müqəddəs çadır söküləndə+ çadırı daşıyan Hirsən+ və Merar oğulları+ yola düşdülər.
18 Rubən oğullarının üçqəbiləli bölümü bölüklər halında yola düşdü. Rubən oğullarının bölüyünə Şəduir oğlu Əlisur+ başçılıq edirdi. 19 Şəmun qəbiləsinin bölüyünə Surişədday oğlu Şəlumuil+ başçılıq edirdi. 20 Cad qəbiləsinin bölüyünə Dəil oğlu Əlyasəf+ başçılıq edirdi.
21 Sonra müqəddəs məkanın əşyalarını daşıyan kəhatlılar+ yola düşdülər. Onlar mənzilbaşına gedib çatanacan Müqəddəs çadır qurulub hazır olacaqdı.
22 Əfraim oğullarının üçqəbiləli bölümü bölüklər halında yola düşdü. Əfraim oğullarının bölüyünə Amihud oğlu Əlşama+ başçılıq edirdi. 23 Mənəssə qəbiləsinin bölüyünə Fədhəsur oğlu Qəmlail+ başçılıq edirdi. 24 Binyamin qəbiləsinin bölüyünə Gidoni oğlu Abidan+ başçılıq edirdi.
25 Sonra Dan oğullarının üçqəbiləli bölümü bölüklər halında yola düşdü. Onlar bütün bölümləri arxadan müdafiə edirdilər. Dan oğullarının bölüyünə Amişədday oğlu Əxyəzər+ başçılıq edirdi. 26 Aşir qəbiləsinin bölüyünə Öhrən oğlu Fəqail+ başçılıq edirdi. 27 Niftalı qəbiləsinin bölüyünə Ehnan oğlu Əxira+ başçılıq edirdi. 28 İsraillilər və onların bölükləri bu nizamla yola düşürdülər.+
29 Musa Hubaba, qayınatası mədyəni Ruilin+ oğluna dedi: «Biz Yehovanın vəd etdiyi diyara+ yola düşürük. Gəl bizimlə gedək.+ Səni gözümüzün üstündə saxlayarıq. Yehova İsrailə gözəl nemətlər vəd edib».+ 30 Hubab Musaya dedi: «Yox, gedə bilmərəm. Mən öz el-obama, qohum-qardaşımın yanına qayıtmalıyam». 31 Ancaq Musa dedi: «Rica edirəm, bizi qoyub getmə. Axı sən bilirsən səhrada harada düşərgə salmaq olar. Gəl, bizə bələdçilik et. 32 Bizimlə getsən,+ Yehovanın bizə elədiyi yaxşılığı biz də sənə eyləyərik».
33 Beləliklə, onlar Yehovanın dağından+ yola düşüb üç gün yol getdilər. Bütün bu üç gün ərzində düşərgə salmağa yer tapmaq üçün Yehovanın Əhd sandığını öndə aparırdılar.+ 34 Onlar yola düşəndə Yehovanın buludu+ gün boyu başlarının üstündə gedirdi.
35 Hər dəfə Sandığı yerindən qaldıranda Musa deyərdi: «Qalx, ey Yehova,+ qoy düşmənlərin pərən-pərən düşsün. Sənə nifrət edənlər önündən qaçsın». 36 Sandığı yerə qoyanda isə deyərdi: «Qayıt, ey Yehova, sayı hesaba gəlməyən İsrailin yanına qayıt».+