Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 32
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əlihu söhbətə qatılır (1—22)

        • Əyyuba və yoldaşlarına qəzəbi tutub (2, 3)

        • Ehtiramla kənarda durub söz almağı gözlədi (6, 7)

        • Ağıl yaşda deyil (9)

        • Əlihunun ürəyi doludur (18—20)

Əyyub 32:1

Çarpaz istinadlar

  • +Əy 6:29; 27:6

Əyyub 32:2

Çarpaz istinadlar

  • +Yr 22:20, 21
  • +Əy 10:2, 3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/4/2006 s. 15

Əyyub 32:3

Çarpaz istinadlar

  • +Çx 20:7; Əy 4:18—20; 22:2, 3; 25:5, 6; 42:8

Əyyub 32:4

Çarpaz istinadlar

  • +Lav 19:32

Əyyub 32:6

Çarpaz istinadlar

  • +Əy 15:10
  • +1Tm 5:1; 1Bt 5:5

Əyyub 32:8

Çarpaz istinadlar

  • +1Pd 3:12; 4:29; Əy 35:11; Ms 2:6; Vz 2:26; Dn 1:17; Mt 11:25; Yq 1:5

Əyyub 32:9

Çarpaz istinadlar

  • +Zb 119:100; Vz 4:13

Əyyub 32:11

Çarpaz istinadlar

  • +Ms 15:28
  • +Yq 1:19

Əyyub 32:19

Çarpaz istinadlar

  • +Mt 9:17

Əyyub 32:21

Çarpaz istinadlar

  • +Lav 19:15; Ms 24:23; Yq 3:17

Digər

Əyy. 32:1Əy 6:29; 27:6
Əyy. 32:2Yr 22:20, 21
Əyy. 32:2Əy 10:2, 3
Əyy. 32:3Çx 20:7; Əy 4:18—20; 22:2, 3; 25:5, 6; 42:8
Əyy. 32:4Lav 19:32
Əyy. 32:6Əy 15:10
Əyy. 32:61Tm 5:1; 1Bt 5:5
Əyy. 32:81Pd 3:12; 4:29; Əy 35:11; Ms 2:6; Vz 2:26; Dn 1:17; Mt 11:25; Yq 1:5
Əyy. 32:9Zb 119:100; Vz 4:13
Əyy. 32:11Ms 15:28
Əyy. 32:11Yq 1:19
Əyy. 32:19Mt 9:17
Əyy. 32:21Lav 19:15; Ms 24:23; Yq 3:17
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
Müqəddəs Kitab
Əyyub 32:1—22

Əyyub

32 Beləcə, bu üç kişi daha cavab vermədi, çünki Əyyub öz salehliyinə əmin idi.+ 2 Amma Ram nəslindən buzi+ Bərəkil oğlu Əlihu bərk qəzəbli idi. O, Əyyuba çox hirslənmişdi, çünki Əyyub Allahı yox, özünü haqlı çıxarmağa çalışırdı.+ 3 Əyyubun üç yoldaşına da bərk qəzəblənmişdi, çünki onlar Əyyuba düzgün cavab verə bilməmiş, Allah haqda nahaq sözlər söyləmişdilər.+ 4 Əlihu onlardan yaşca kiçik idi, buna görə Əyyuba söz demək üçün durub gözləyirdi.+ 5 Görəndə ki, bu üç nəfərin daha deməyə sözü yoxdur, qəzəbdən alışıb-yandı. 6 Beləliklə, buzi Bərəkil oğlu Əlihu sözə başladı:

«Mən cavanam,

Siz isə ahıl yaşdasınız.+

Buna görə hörmət edib səsimi çıxarmadım,+

Bildiklərimi danışmağa cürət etmirdim.

 7 Dedim: “Qoy yaş danışsın,

Qoy uzun ömür hikmət öyrətsin”.

 8 Lakin insana dərrakə verən ondakı ruhdur,

Qüdrət Sahibinin nəfəsidir.+

 9 Ağıl təkcə yaşda deyil,

Düzgünlüyü ancaq ahıllar anlamır.+

10 Buna görə deyirəm: “Mənə qulaq asın,

Mən də bildiklərimi söyləyim”.

11 Baxın, siz danışanda mən gözlədim.

Siz söz axtararkən+

Fikirlərinizə qulaq asdım.+

12 Diqqət kəsildim,

Heç biriniz Əyyubun səhv olduğunu göstərə bilmədiniz,

Onun dəlillərinə cavab verə bilmədiniz.

13 Buna görə də: “Biz hikmət sahibiyik,

Onu təkzib edən insan deyil, Allahdır”, — deməyin!

14 Onun sözləri mənə yönəlməmişdi,

Ona cavabım da sizin dəlillərinizlə olmayacaq.

15 Onlar çaşıb qalıb, ağızlarını yumublar,

Deməyə söz tapmırlar.

16 Gözlədim, daha danışmadılar,

Lal-dinməz durublar, cavab vermirlər.

17 Mən də sözümü deyəcəyəm,

Bildiklərimi söyləyəcəyəm.

18 Çünki sinəm sözlə doludur,

İçimdəki ruh məni vadar edir.

19 Ağzı bağlı şərab kimidir içim,

Təzə tuluq kimi indi partlayacaq.+

20 Qoy bir kəlmə deyim, rahatlanım,

Ağzımı açıb danışım.

21 Heç kimin tərəfini tutmayacağam,+

Heç bir insana yaltaqlanmayacağam,

22 Mən yaltaqlıq nədir bilmirəm.

Belə etsəm, Yaradanım məni dərhal yox edər!

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş