Zəbur
135 Yaha alqış edin!
Yehovanın adına alqış edin!
Yehovaya alqış edin, ey Onun qulları,+
2 Ey Yehovanın evində,
Allahımızın evinin həyətlərində duranlar.+
3 Yaha alqış edin, çünki Yehova kəramətlidir,+
Adını nəğmələrdə tərənnüm edin, çünki bu, xoşdur.
4 Yah Yaqubu Özü üçün seçib,
İsrail Onun xüsusi mülküdür.+
5 Yehova ucadır, bunu bilirəm,
Rəbbimiz bütün allahlardan yuxarıdır.+
6 Göydə və yerdə, dənizlərdə, bütün ümmanlarda
Yehova istədiyi hər şeyi edir.+
8 O, Misirin ilkinlərini vurdu,
Həm insanı, həm heyvanı.+
9 Ey Misir, sənin torpaqlarında fironla nökər-naibinin üzərinə
Əlamətlər, möcüzələr göndərdi.+
10 O, neçə-neçə xalqı qırdı,+
Qüdrətli padşahları məhv etdi,+
11 Amorilərin padşahı Sihunu,+
Başan padşahı Oqu,+
Bütün Kənan padşahlıqlarını məğlub etdi.
12 Onların torpağını miras verdi,
Xalqı İsrailə miras verdi.+
13 Ey Yehova, Sənin adın əbədidir,
Ey Yehova, şan-şöhrətin nəsildən-nəslə keçir.+
15 Xalqların bütləri qızıldır, gümüşdür,
İnsan əlinin işidir.+
16 Ağızları var, danışa bilmir,+
Gözləri var, görə bilmir,
17 Qulaqları var, eşidə bilmir,
Ağızlarında nəfəs yoxdur.+
18 Onları düzəldənlər də,
Onlara güvənənlər də onlar kimi olacaq.+
19 Ey İsrail evi, Yehovaya alqış edin,
Ey Harun evi, Yehovaya alqış edin,
20 Ey Lavi evi, Yehovaya alqış edin,+
Ey Yehovadan qorxanlar, Yehovaya alqış edin!
21 Yerusəlimdə məskən salmış Yehovaya
Siondan mədhlər ucalsın.+
Yaha alqış edin!+