Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Çıxış 32
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Çıxışın məzmunu

      • Qızıl danaya sitayiş (1—35)

        • Musa xalqın nəğmə dediyini eşidir (17, 18)

        • Musa lövhələri yerə çırpır (19)

        • Yehovaya sadiq qalan lavililər (26—29)

Çıxış 32:1

Çarpaz istinadlar

  • +Çx 24:18; Qn 9:9
  • +Hv 7:40

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/5/2009 s. 11

Çıxış 32:2

Çarpaz istinadlar

  • +Çx 12:35, 36

Çıxış 32:4

Çarpaz istinadlar

  • +Qn 9:16; Əş 46:6; Hv 7:41
  • +Çx 20:4; Nə 9:18; Zb 106:19, 20

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 44

Çıxış 32:6

Çarpaz istinadlar

  • +1Kr 10:7

Çıxış 32:7

Çarpaz istinadlar

  • +Qn 4:15—18

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 44

Çıxış 32:8

Çarpaz istinadlar

  • +Çx 18:20; 20:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 44

Çıxış 32:9

Çarpaz istinadlar

  • +Çx 34:9; Qn 9:6; Hv 7:51

Çıxış 32:10

Çarpaz istinadlar

  • +Sy 14:12; Qn 9:14

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/10/2010 s. 5—6

Çıxış 32:11

Çarpaz istinadlar

  • +Zb 106:23
  • +Qn 9:18, 19

Çıxış 32:12

Çarpaz istinadlar

  • +Qn 9:28

Çıxış 32:13

Haşiyələr

  • *

    Hərfən: toxumlarını.

Çarpaz istinadlar

  • +Yr 22:15—17; 35:10, 11; İb 6:13, 14
  • +Yr 13:14, 15; 26:3, 4

Çıxış 32:14

Çarpaz istinadlar

  • +Zb 106:45

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    9/2018 s. 6

    «Gözətçi qülləsi»,

    15/10/2010 s. 5—6

Çıxış 32:15

Çarpaz istinadlar

  • +Çx 40:20; Qn 5:22; 9:15

Çıxış 32:16

Çarpaz istinadlar

  • +Çx 31:18; Qn 9:10

Çıxış 32:19

Çarpaz istinadlar

  • +Nə 9:18; Zb 106:19, 20; Hv 7:41
  • +Qn 9:16, 17

Çıxış 32:20

Çarpaz istinadlar

  • +Qn 7:25
  • +Qn 9:21

Çıxış 32:22

Çarpaz istinadlar

  • +Çx 15:24; 16:2; 17:2; Qn 9:7; 31:27

Çıxış 32:23

Çarpaz istinadlar

  • +Çx 32:1; Hv 7:40

Çıxış 32:26

Çarpaz istinadlar

  • +Yş 24:15; 2Pd 10:15

Çıxış 32:27

Çarpaz istinadlar

  • +Sy 25:5

Çıxış 32:29

Çarpaz istinadlar

  • +Sy 25:11; Qn 13:6—9
  • +Qn 33:8, 9

Çıxış 32:30

Çarpaz istinadlar

  • +Sy 16:47; 21:7; Qn 9:18

Çıxış 32:31

Çarpaz istinadlar

  • +Çx 20:23

Çıxış 32:32

Çarpaz istinadlar

  • +Sy 14:19
  • +Fp 4:3; Vh 3:5

Çıxış 32:34

Çarpaz istinadlar

  • +Çx 23:20; 33:2

Digər

Çıx. 32:1Çx 24:18; Qn 9:9
Çıx. 32:1Hv 7:40
Çıx. 32:2Çx 12:35, 36
Çıx. 32:4Qn 9:16; Əş 46:6; Hv 7:41
Çıx. 32:4Çx 20:4; Nə 9:18; Zb 106:19, 20
Çıx. 32:61Kr 10:7
Çıx. 32:7Qn 4:15—18
Çıx. 32:8Çx 18:20; 20:3
Çıx. 32:9Çx 34:9; Qn 9:6; Hv 7:51
Çıx. 32:10Sy 14:12; Qn 9:14
Çıx. 32:11Zb 106:23
Çıx. 32:11Qn 9:18, 19
Çıx. 32:12Qn 9:28
Çıx. 32:13Yr 22:15—17; 35:10, 11; İb 6:13, 14
Çıx. 32:13Yr 13:14, 15; 26:3, 4
Çıx. 32:14Zb 106:45
Çıx. 32:15Çx 40:20; Qn 5:22; 9:15
Çıx. 32:16Çx 31:18; Qn 9:10
Çıx. 32:19Nə 9:18; Zb 106:19, 20; Hv 7:41
Çıx. 32:19Qn 9:16, 17
Çıx. 32:20Qn 7:25
Çıx. 32:20Qn 9:21
Çıx. 32:22Çx 15:24; 16:2; 17:2; Qn 9:7; 31:27
Çıx. 32:23Çx 32:1; Hv 7:40
Çıx. 32:26Yş 24:15; 2Pd 10:15
Çıx. 32:27Sy 25:5
Çıx. 32:29Sy 25:11; Qn 13:6—9
Çıx. 32:29Qn 33:8, 9
Çıx. 32:30Sy 16:47; 21:7; Qn 9:18
Çıx. 32:31Çx 20:23
Çıx. 32:32Sy 14:19
Çıx. 32:32Fp 4:3; Vh 3:5
Çıx. 32:34Çx 23:20; 33:2
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
Müqəddəs Kitab
Çıxış 32:1—35

Çıxış

32 Camaat görəndə ki, Musa dağdan enmək bilmir,+ tökülüşüb Harunun yanına gəldilər və dedilər: «Qalx, bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin.+ Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik». 2 Harun onlara dedi: «Arvadlarınızın, oğul və qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb gətirin».+ 3 Hamı qulağından qızıl sırğasını çıxardı və gətirib Haruna verdi. 4 O, qızılları aldı, oymaçı alətilə ona şəkil verib dana düzəltdi.+ Onda camaat bir ağızdan dedi: «Budur səni Misirdən çıxaran Allahın, ey İsrail!»+

5 İşi belə görən Harun dananın qabağında bir qurbangah da düzəltdi və camaatı yığıb dedi: «Sabah Yehovaya həsr olunmuş bayramdır». 6 Beləliklə, səhərisi günü hamı tezdən durub yandırma və ünsiyyət qurbanlarını təqdim etməyə başladı. Qurtarandan sonra yeyib-içdilər və qalxıb şənlənməyə başladılar.+

7 Yehova Musaya dedi: «Get, aşağı en. Misirdən çıxardığın bu xalq rəzillik edir.+ 8 Buyurduğum yoldan yaman tez döndülər.+ Odur, özləri üçün dana bütü düzəldiblər. Qarşısında səcdə edir, qurbanlar gətirib deyirlər: “Budur səni Misirdən çıxaran Allahın, ey İsrail”». 9 Yehova sözünə davam edib Musaya dedi: «Görürəm, bu xalq dikbaş xalqdır.+ 10 Burax, qoy od püskürən qəzəbimlə onları yox edim, əvəzində səndən böyük bir xalq yaradım».+

11 Onda Musa Yehovaya yalvarıb dedi:+ «Yehova, axı onları böyük gücünlə, qüdrətli əlinlə Misirdən çıxarmısan. İndi niyə onları Öz qəzəbinə düçar edəsən?+ 12 Nəyə görə misirlilər: “Hə, xalqı bəd niyyətlə buradan çıxarmışdı. Çıxarmışdı ki, aparıb hamısını dağlarda qırsın, köklərini yer üzündən silsin!” — desinlər?+ Qoyma qəzəbin alovlansın. Rəhmin gəlsin, onların başına bu fəlakəti gətirmə. 13 Qulların İbrahimi, İshaqı və İsraili yadına sal. Varlığına and içib onlara demişdin ki, övladlarını* göydəki ulduzlar qədər çoxaldacaqsan,+ vəd etdiyin bu torpağı həmişəlik onlara verəcəksən».+

14 Yehova xalqının başına fəlakət gətirmək fikrindən daşındı.+

15 Bundan sonra Musa əlində iki Şəhadət lövhəsi dağdan endi.+ Lövhələrin hər iki üzü — qabaq tərəfi də, arxa tərəfi də yazılı idi. 16 Onları Allah düzəltmiş, yazıları da üstünə O həkk etmişdi.+ 17 Yuşə xalqın səs-küyünü eşidəndə Musaya dedi: «Düşərgədən döyüş səsi gəlir». 18 Musa isə dedi:

«Bu nə zəfər nəğməsidir,

Nə də məğlubların fəryad səsi.

Qulağıma gələn şərqi başqa şeydən xəbər verir».

19 Musa düşərgəyə yaxınlaşanda dananı+ və rəqs edənləri gördü. Hirs başına vurdu. Dağın ətəyində əlindəki lövhələri yerə çırpıb parça-parça elədi.+ 20 Düzəltdikləri dananı isə götürüb yandırdı və əzib toza döndərdi.+ Sonra tozu suya töküb israillilərə içirtdi.+ 21 Musa Haruna dedi: «Bu camaat sənə neyləyib ki, onları belə böyük günaha sürüklədin?» 22 Harun dedi: «Ağa, acığın tutmasın. Özün yaxşı bilirsən ki, şər iş görmək bu camaatın qanındadır.+ 23 Onlar mənə dedilər: “Bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik”.+ 24 Mən də dedim, kimin nə qızılı var, çıxarıb gətirsin. Sonra qızılı oda atdım, oddan bu dana çıxdı».

25 Musa gördü ki, xalq əməlli-başlı azğınlaşıb. Harun onları o dərəcəyə çatdırıb ki, düşmənlərin önündə xar olublar. 26 Onda o, düşərgənin girəcəyində durub dedi: «Kim Yehovanın tərəfindədir yanıma gəlsin!»+ Bütün lavililər onun ətrafına toplaşdı. 27 Musa onlara dedi: «İsrailin Allahı Yehova belə deyir: “Qoy hər kəs qılıncını qurşasın, düşərgəni başdan-başa dolanıb qardaşını, qonşusunu, dostunu qətlə yetirsin”».+ 28 Lavililər Musanın dediyi kimi etdilər. Beləliklə, həmin gün üç minə yaxın adam qətlə yetirildi. 29 Sonra Musa dedi: «Bu gün siz özünüzü Yehovanın qulluğuna verdiniz, hər biriniz öz oğluna, öz qardaşına qarşı çıxdı.+ Bu gün Allah sizi mübarək qılacaq».+

30 Səhərisi gün Musa xalqa dedi: «Siz çox böyük günaha batmısınız. İndi Yehovanın yanına gedirəm. Gedim Ona yalvarım, bəlkə, günahınızdan keçdi».+ 31 Musa Yehovanın yanına gedib dedi: «Xalqın günahı çox böyükdür. Özləri üçün qızıldan allah düzəldiblər.+ 32 Amma yalvarıram, onları əfv elə.+ Eləmirsənsə, onda, nə olar, adımı yazdığın kitabdan sil».+ 33 Ancaq Yehova Musaya dedi: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm. 34 İndi get, xalqı sənə dediyim yerə apar. Göndərdiyim mələk qarşınızda gedəcək.+ Vaxtı çatanda onlardan etdikləri günaha görə cavab tələb edib cəzalarını verəcəyəm». 35 Haruna düzəltdirdikləri qızıl danaya görə Yehova xalqın üstünə bəla göndərdi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş