Nəğmələr Nəğməsi
1 Süleymanın qoşduğu nəğmələr nəğməsi.+
Adın başa tökülən ətirli yağ kimidir.+
Buna görə qızlar sənə aşiqdir.
4 Məni özünlə apar, gəl qaçaq.
Padşah məni içəri otaqlarına gətirib!
Gəl birgə sevinib-şadlanaq,
Nəvazişlərini şərabdan çox vəsf edək.
Axı qızlar sənə aşiq olmasın, neyləsin!
5 Ey Yerusəlim qızları, qara olsam da, qəşəngəm,
Qədar+ çadırları kimi, Süleymanın çadırlarının+ qumaşı kimi.
6 Baxmayın rəngim belə qaradır,
Məni günəş qaraldıb baxışlarıyla.
Anamın oğulları mənə hirslənmişdilər,
Məni üzüm bağlarına göz olmağa göndərmişdilər,
Mənsə heç öz bağıma göz ola bilmədim.
Söylə ki, yaslı qadınlartək yaşmaq vurub
Yoldaşlarının sürüləri arasında gəzməyim».
8 «Ey gözəllər gözəli, bilmirsənsə,
Sürünün izi ilə get.
Çəpişlərini çobanların çadırları yanında otar».
9 «Ey sevgilim, sən fironun arabalarına qoşulmuş madyana+ bənzəyirsən.
10 Yanaqların bəzəklər* arasında,
Gərdənin boyunbağı içində nə gözəldir.
11 Sənə gümüşlə bəzənmiş
Qızıl həlqələr düzəldərik».
12 «Padşah süfrə arxasında oturarkən
Ətirimin+ qoxusu yayılır.
13 Məhbubum gecələr qoynumdakı
Ətirli mürr+ kisəsi kimidir.
15 «Ah dilbərim, gözəlsən!
Gözəlsən, göyərçin gözlüsən!»+
16 «Ey məhbubum, nə gözəlsən, nə qədər şirinsən!+
Yatağımız yaşıl çəməndir.
17 Evimizin dirəkləri sidrlər,
Tirləri ardıc ağaclarıdır.