Zəbur
Dirijora. «Zanbaqlar» üçün. Öyüd. Asəfin məzmuru.+
4 Ey ordular Allahı Yehova, nə vaxtacan xalqının duasına acıqlanacaqsan?+
5 Onların göz yaşını onlara çörək kimi yedirirsən,
Gözlərinin qorasını onlara o ki var içirdirsən.
6 Elə edirsən ki, qonşularımız üstümüzdə bəhsə girir,
Düşmənlərimiz kefləri istədiyi kimi bizi ələ salır.+
7 Ey ordular Allahı, bizi əvvəlki halımıza qaytar,
Üzünün nurunu üstümüzə sal, bizi qurtar.+
9 Torpağı təmizlədin ki,
O kök atsın, ölkəni bürüsün.+
10 Kölgəsi dağların üstünü,
Budaqları Allahın sidr ağaclarını örtüb.
12 Onun daş divarlarını nə üçün uçurdun?+
Nə üçün yoldan keçən hər kəs əl atıb meyvəsini dərir?+
13 Meşə qabanı tənəyi yeyib məhv edir,
Çölün heyvanları onunla bəslənir.+
14 Ey ordular Allahı, nə olar, dön,
Göylərdən halına bax,
Qeydinə qal bu tənəyin,+
15 Sağ əlinlə əkdiyin fidanın.+
Özün üçün gücləndirdiyin pöhrəyə nəzər sal.+
16 Onu sındırıb oda atırlar.+
Üzünün zəhmindən məhv olurlar.
17 Qoy əlin sağında duranın,
Özün üçün gücləndirdiyin bəşər oğlunun üzərində olsun.+
18 Biz Səndən dönməyəcəyik,
Bizi yaşat ki, Sənin adını çağıraq.
19 Ey ordular Allahı Yehova, bizi əvvəlki halımıza qaytar,
Üzünün nurunu üstümüzə sal, nicat tapaq.+