Zəbur
Dirijora. Davudun məzmuru.
20 Qoy dar günündə Yehova sənə hay versin,
Yaqubun Allahının adı səni qorusun.+
3 Gətirdiyin bəxşişləri unutmasın,
Yandırma qurbanlarını qəbul etsin. (Selah)
4 Sənə ürəyinə görə versin,+
Bütün niyyətlərin gerçəkləşsin.
Qoy Yehova sənin bütün diləklərini çin etsin.
6 İndi bilirəm ki, Yehova məsh etdiyini xilas edir,+
Sağ əli ilə böyük qurtuluş verir,+
Müqəddəs göylərdən ona hay verir.
8 Onlar çökdülər, yerə sərildilər,
Ancaq biz ayağa qalxdıq, dimdik durduq.+
9 Ey Yehova, padşahı hifz et!+
İmdad dilədiyimiz gün bizə hay ver.+