Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 20
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Söfərin ikinci nitqi (1—29)

        • Əyyubun qınağı şəninə toxunur (2)

        • Əyyubun şər adam olduğuna eyham vurur (5)

        • Əyyubun pislikdən xoşlandığına işarə edir (12, 13)

Əyyub 20:1

Çarpaz istinadlar

  • +Əy 2:11; 11:1

Əyyub 20:4

Haşiyələr

  • *

    Yaxud Adəm.

Çarpaz istinadlar

  • +Əy 8:8

Əyyub 20:5

Çarpaz istinadlar

  • +Əy 8:13, 19; 21:28

Əyyub 20:9

Çarpaz istinadlar

  • +Əy 8:13, 18

Əyyub 20:10

Çarpaz istinadlar

  • +Əy 20:18

Əyyub 20:14

Haşiyələr

  • *

    Kobra.

Əyyub 20:18

Çarpaz istinadlar

  • +Əy 20:10

Əyyub 20:25

Çarpaz istinadlar

  • +Əy 15:21; 18:5, 11

Digər

Əyy. 20:1Əy 2:11; 11:1
Əyy. 20:4Əy 8:8
Əyy. 20:5Əy 8:13, 19; 21:28
Əyy. 20:9Əy 8:13, 18
Əyy. 20:10Əy 20:18
Əyy. 20:18Əy 20:10
Əyy. 20:25Əy 15:21; 18:5, 11
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
Müqəddəs Kitab
Əyyub 20:1—29

Əyyub

20 Nəhmati Söfər+ belə cavab verdi:

 2 «Bunlar məni təşvişə salıb,

Düşüncələrim məni rahat qoymur, danışmağa vadar edir.

 3 Eşitdiyim qınaq şənimə toxunur,

Ağlım məcbur edir ki, cavab verim.

 4 Özün də bilirsən ki,

Bəşər* xəlq ediləndən bəri+

 5 Şər adamın sevinc harayı qısa çəkir,

Allahsızın şadlığı ani olur.+

 6 Əzəməti göylərə ucalsa da,

Başı buludlara dəysə də,

 7 Öz nəcisi kimi əbədilik yox olacaq,

Onu görənlər: “O, haradadır?” — deyə soruşacaqlar.

 8 Xəyal kimi uçub-gedəcək, tapılmayacaq,

Gecə röyası kimi qovulacaq.

 9 Nə onu görmüş göz,

Nə də məkanı onu bir daha görməyəcək.+

10 Övladları kasıb-kusubdan lütf diləyəcək,

Sərvətini öz əli ilə geri verəcək.+

11 Bir vaxtlar sümüklərinə dolmuş gənclik qüvvəsi

Onunla bərabər torpaq altında yatacaq.

12 Pislik ağzında şərbət dadsa da,

Onu dilinin altında gizlətsə də,

13 Əzizləyib bəsləsə də,

Damağında saxlasa da,

14 Loğması qarnında turşuyacaq,

İçində ilan* zəhərinə dönəcək.

15 Yediyi var-dövləti qusacaq,

Allah qarnından çıxaracaq.

16 O, ilan zəhərini əməcək,

Gürzə onu çalıb öldürəcək.

17 Gözləri bir daha gur suları,

Yağ, bal sellərini görməyəcək.

18 Topladığı mal-mülkü geri verəcək, yeyə bilməyəcək,

Ticarətdən qazandığı var-dövlət ona sevinc gətirməyəcək.+

19 Çünki kasıb-kusubu əzib-tapdalayıb,

Özü tikmədiyi evi ələ keçirib.

20 Qəlbində rahatlıq olmayacaq,

Var-dövləti onu qurtarmayacaq.

21 Aşırıb yeməyə heç nə qalmayıb,

Ona görə firavanlığı uzun sürməyəcək.

22 Var-dövləti başından aşanda rahatlığını itirəcək,

Bədbəxtlik var qüvvəsilə onun üstünə gələcək.

23 O, qarnını doyduranda

Allah şiddətli qəzəbini onun üzərinə tökəcək,

Hiddətini üzərinə yağdıracaq, gedib bağırsaqlarına çatacaq.

24 O, dəmir silahın qabağından qaçanda

Mis kamandan atılan oxlar onu dəlib-deşəcək.

25 Oxu kürəyindən,

Bərq vuran oxu öd kisəsindən çıxarır,

Onu dəhşət bürüyür.+

26 Xəzinəsi zülmətə nəsib olacaq,

Heç kimin yelləyib alışdırmadığı od onu yandıracaq,

Çadırında sağ qalanın vay halına!

27 Göylər onun paxırını açacaq,

Yer ona qarşı qalxacaq.

28 Leysan yağış evini uçurub aparacaq.

Bəli, Allahın qəzəb günündə sellər coşacaq.

29 Budur şər adamın Allahdan aldığı pay,

Budur Allahın ona ayırdığı miras».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş