Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 22
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əlifəzin üçüncü nitqi (1—30)

        • İnsandan Allaha xeyir varmı? (2, 3)

        • Əyyubu xəsislikdə və haqsızlıqda ittiham edir (9)

        • Allaha tərəf qayıtsan, firavanlığın qayıdar (23)

Əyyub 22:1

Çarpaz istinadlar

  • +Əy 2:11; 4:1

Əyyub 22:2

Çarpaz istinadlar

  • +Əy 15:14, 15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    4/2017 s. 28—29

    «Gözətçi qülləsi»,

    1/12/2005 s. 31

    «İş dəftəri. Mənbələr»,

    3/2016

Əyyub 22:3

Haşiyələr

  • *

    Yaxud xoşdur.

Çarpaz istinadlar

  • +Əy 2:3; 32:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/12/2005 s. 30—31

    «İş dəftəri. Mənbələr»,

    3/2016

Əyyub 22:5

Çarpaz istinadlar

  • +Əy 1:8; 4:7

Əyyub 22:6

Çarpaz istinadlar

  • +Əy 31:19, 22

Əyyub 22:7

Çarpaz istinadlar

  • +Əy 31:17, 22

Əyyub 22:8

Çarpaz istinadlar

  • +Əy 31:25, 28

Əyyub 22:10

Çarpaz istinadlar

  • +Əy 18:5, 9

Əyyub 22:16

Çarpaz istinadlar

  • +Əy 4:18, 19

Əyyub 22:22

Çarpaz istinadlar

  • +Əy 11:13

Əyyub 22:23

Çarpaz istinadlar

  • +Əy 8:5, 6

Əyyub 22:24

Çarpaz istinadlar

  • +1Pd 9:28; Əy 28:16; Zb 45:9; Əş 13:12

Digər

Əyy. 22:1Əy 2:11; 4:1
Əyy. 22:2Əy 15:14, 15
Əyy. 22:3Əy 2:3; 32:3
Əyy. 22:5Əy 1:8; 4:7
Əyy. 22:6Əy 31:19, 22
Əyy. 22:7Əy 31:17, 22
Əyy. 22:8Əy 31:25, 28
Əyy. 22:10Əy 18:5, 9
Əyy. 22:16Əy 4:18, 19
Əyy. 22:22Əy 11:13
Əyy. 22:23Əy 8:5, 6
Əyy. 22:241Pd 9:28; Əy 28:16; Zb 45:9; Əş 13:12
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
Müqəddəs Kitab
Əyyub 22:1—30

Əyyub

22 Təhmani Əlifəz+ belə cavab verdi:

 2 «İnsandan Allaha nə fayda?

Ağıllı adamın Ona nə xeyri?+

 3 Məgər sənin salehliyin Qüdrət Sahibinə lazımdır*?

Yoxsa təmiz həyatının Ona xeyri var?+

 4 Heç möminliyinə görə Allah sənə cəza verər?

Səninlə çəkişər?

 5 Məgər bu, sənin hədsiz pisliyinə görə deyil?

Bitib-tükənməyən təqsirlərinə görə deyil?+

 6 Nahaqdan qardaşlarından girov götürürsən,

Camaatı soyub lüt qoyursan.+

 7 Yorğun adamdan bir qurtum suyu,

Ac adamdan bir tikə çörəyi əsirgəyirsən.+

 8 Torpaq güclünün əlindədir,+

Orada sevilib-seçilmişlər yaşayır.

 9 Sən isə dul qadınları əliboş qaytardın,

Yetimlərin qol-qanadını qırdın.

10 Buna görə ətrafına tələlər düzülüb,+

Qəfil qorxu səni sarsıdır,

11 Buna görə zülmətdəsən, gözün görmür,

Azğın sular səni qərq edir.

12 Məgər Allah uca göylərdə deyil?

Ulduzlara bax, gör necə yüksəkdədirlər.

13 Sən isə deyirsən: “Allah nə bilir?

Zülmətin arxasından O, necə mühakimə edə bilər?

14 O, göy qübbəsi üzərində gəzişəndə

Buludlar Onun qabağını kəsir ki, görməsin”.

15 Sən pis adamların qoyduğu

Qədim yolla gedəcəksən?

16 Ölüm onları vaxtından əvvəl haqlayıb,

Bünövrələrini sel yuyub-aparıb.+

17 Allaha deyirdilər: “Bizdən əl çək!

Qüdrət Sahibi bizə nə edə bilər?”

18 Gəl ki onların evini naz-nemətlə dolduran O olub.

(Mənsə belə pis fikirlərdən uzağam.)

19 Salehlər onların məhvini görüb sevinəcək,

Məsumlar onlara güləcək:

20 “Düşmənlərimiz qırıldı,

Onlardan nə qaldısa, yanıb kül oldu”.

21 Gəl sən Allahı tanı, onda rahatlıq taparsan,

Xeyir taparsan.

22 Onun ağzından çıxan qanunu eşit,

Sözlərini ürəyində+ saxla.

23 Qüdrət Sahibinə tərəf qayıtsan, əvvəlki firavanlığın qayıdar.+

Haqsızlığı çadırından uzaqlaşdırsan,

24 Qızıl külçələrini torpağa,

Ofir qızılını+ daşlı dərəyə atsan,

25 Qüdrət Sahibi sənin qızılın,

Sənin xalis gümüşün olar.

26 Qüdrət Sahibi sənin sevincin olar,

Başını qaldırıb Allaha baxarsan.

27 Ona yalvararsan, səni eşidər,

Nəzirlərini yerinə yetirərsən.

28 Niyyətlərin baş tutar,

Yoluna nur ələnər.

29 Lakin lovğalansan, rəzil olarsan.

Həlim adamı isə O xilas edər.

30 O, məsumu qurtarar.

Əlin təmizdirsə, sən də mütləq qurtularsan».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş