Nahum
2 Səni* darmadağın edəcək birisi qarşına çıxdı.+
İstehkamlarını qoru!
Yolunu gözdən qoyma!
Belini qurşa*! Var gücünü topla!
2 Yehova Yaqubun vüqarını qaytaracaq,
İsrailin vüqarını qaytaracaq,
Axı quldurlar onu qarət edib,+
Pöhrələrini məhv ediblər.
3 İgidlərinin qalxanları qırmızı boyanıb,
Cəngavərləri al-qırmızı geyinib.
Döyüşə hazırlaşdığı gün
Cəng arabalarının dəmirləri alov kimi parıldayır,
Ardıc saplı nizələri havada oynayır.
4 Cəng arabaları dəlicəsinə küçələrdən keçir.
Meydanlarda yuxarı-aşağı şütüyür.
Onlar məşələ bənzəyir, şimşək kimi bərq vurur.
5 Padşah zabitlərini çağıracaq.
Onlar ayaqları dolaşa-dolaşa irəliləyəcəklər.
Onun divarlarına sarı qaçırlar,
Sədlər qururlar.
6 Çayların darvazaları açılacaq,
Saray dağılıb gedəcək.
7 Qərar verilib: şəhər ifşa edildi,
O, sürgünə aparılır, kənizləri zarıyır.
Onlar göyərçintək inləyib sinələrinə vururlar.
8 Neynəva+ var olduğu gündən sulu hovuz kimi idi,
İndi suyu axıb gedir.
«Dayanın!» «Dayanın!»
Lakin dönüb baxan yoxdur.+
9 Gümüşü talan edin, qızılı talan edin!
Toplanmış sərvətin sayı-hesabı yoxdur.
Cürbəcür gözəl əşyalar qalaq-qalaqdır.
10 Şəhər bomboşdur, tərk edilib, viran qalıb!+
Qorxudan ürəklər əriyir, dizlər əsir, ayaqlar titrəyir,
Çöhrələr od tutub yanır.
11 Hanı aslanlar yuvası,+ gənc aslanların bəsləndiyi yer?
Hanı aslanların balaları ilə birgə çıxdığı,
Qorxusuz-hürküsüz yaşadığı yer?
12 Aslan balaları üçün qədərincə ov ovlardı,
Öz dişiləri üçün ov boğardı.
Mağaralarını şikarla,
Yuvalarını parçaladığı heyvanlarla doldurardı.
13 Ordular Allahı Yehova bəyan edir:+ «Budur, sənin üstünə gəlirəm!
Cəng arabalarını yandıracağam, tüstü içində qalacaq.+
Gənc aslanlarını qılıncın ağzına verəcəyəm.
Sənə yer üzündə şikar qoymayacağam,
Artıq qasidlərinin səsi eşidilməyəcək».+