Əşiya
10 Haqsız qaydalar yazanların,+
Qəddar fərmanlar çıxaranların vay halına!
2 Çünki siz kasıbın haqqını tapdayırsınız,
Xalqımın məzlumlarından ədaləti əsirgəyirsiniz,+
Dul qadınları soyursunuz,
Yetimləri talan edirsiniz!+
Qaçıb kimdən kömək istəyəcəksiniz?+
Var-dövlətinizi kimə qoyub gedəcəksiniz?
4 Dustaqlar arasında əyilməkdən,
Tələf olmuşların sırasına düşməkdən başqa
Sizə nə qalacaq?!
Yenə də Onun qəzəbi soyumur,
Yenə də əlini aşağı salmır.+
5 «Bax! Aşşur+ qəzəb dəyənəyimdir,+ Əlindəki çomaq isə qeyzimin izharıdır!
6 Onu dönük xalqın,
Məni qəzəbləndirən xalqın üstünə göndərəcəyəm.+
Əmr edəcəyəm xalqı talan edib soysun,
Küçədəki palçıq kimi tapdalasın,+
7 Hətta onun niyyəti başqa olsa da,
Ürəyində belə istək olmasa da.
Halbuki ürəyi çoxlu xalqları məhv etməyi,
Onların kökünü kəsməyi bərk arzulayır.
8 O belə deyir:
“Məgər əmirlərimin hər biri padşah deyil?+
9 Məgər Qalnoh+ Karxemişin+ tayı deyil?
10 Oyma bütləri Yerusəlimlə Səməriyyədəkindən qat-qat çox olan
Puç allahların padşahlıqlarını ələ keçirdim!+
11 Səməriyyəyə və onun puç allahlarına etdiyimi,
Məgər Yerusəlimlə onun bütlərinə də etməyəcəyəm?”+
12 Yehova Sion dağında və Yerusəlimdə hər işini bitirəndən sonra Aşşur padşahını təkəbbürlü ürəyinə, qürrəli və məğrur baxışına görə cəzalandıracaq.+ 13 Çünki o deyir:
“Bunu qolumun qüvvətilə,
Ağlımla edəcəyəm, çünki məndə hikmət var.
Xalqların sərhədlərini götürəcəyəm,+
Sərvətlərini qarət edəcəyəm,+
Bir cəngavər kimi sakinlərini məğlub edəcəyəm.+
14 Əlimi quş yuvasına uzadar kimi,
Xalqların sərvətini götürəcəyəm,
Yiyəsiz yumurtaları yığar kimi,
Bütün dünyanı zəbt edəcəyəm!
Qanad çırpan, ağzını açıb cikkildəyən olmayacaq”».
15 Heç balta özünü odunçudan üstün tutar?
Ya da mişar mişarçının qarşısında qürrələnər?
Məgər əsa+ onu qaldırana ağalıq edə bilər?
Məgər dəyənək onu tutanı yuxarı qaldıra bilər?
16 Rəbb, ordular Allahı Yehova
Onun piylənmiş kişilərinin üstünə azar göndərəcək.+
Şan-şöhrətini alov yandırıb-yaxacaq.+
Aşşurun kol-kosunu bir günün içində yandırıb kül edəcək.
18 Möhtəşəm meşəsini və bağını məhv edəcək,
Onlar xəstə kimi büsbütün solub-gedəcək.+
19 Meşəsində o qədər az ağac qalacaq ki,
Uşaq da saya biləcək.
Onlar sidqi-ürəkdən Yehovaya,
İsrailin Müqəddəsinə bel bağlayacaqlar.
23 Bəli, ordular Allahı, Külli-İxtiyar Yehovanın verdiyi qırğın qərarı
Bütün ölkədə icra ediləcək.+
24 Buna görə ordular Allahı, Külli-İxtiyar Yehova deyir: «Ey Sionda yaşayan xalqım, dəyənəyini Misir kimi üstünə qaldırıb səni çomaqla vurmuş Aşşurdan qorxma.+ 25 Çünki hökm tezliklə sona yetəcək, qəzəbim onları məhv edəcək.+ 26 Ordular Allahı Yehova Mədyəni Örəb+ qayasında vurduğu kimi, onu da qamçı ilə vuracaq.+ Dəyənəyini Misirin üstünə qaldırdığı kimi, dənizin də üstünə qaldıracaq.+
29 Keçiddən keçib
Gibada+ gecələyir.
Rama əhli tir-tir əsir.
Talutun şəhəri Gibahın+ sakinləri qaçdı.+
30 Ey Qallim qızı, haray sal!
Ey Layış, dinlə!
Ey zavallı Ənatut+!
31 Madminah əhli qaçdı,
Qebim sakinləri sığınacaq axtarır.
32 Elə həmin gün o, Nubda+ dayanacaq.
O, Sion qızının dağını,
Yerusəlim dağını yumruqla hədələyir.
33 Budur, Rəbb, ordular Allahı Yehova
Güclü şaqqıltı ilə budaqları kəsib-tökür.+
Ən hündür ağaclar kəsilir,
Ucalar alçalır.
34 O, qalın meşəni baltayla qırıb-tökür,
Qüvvətlinin əli Livanı yıxacaq.