Zəbur
Məzmur. Şəhərə qalxarkən*.
126 Yehova Sionun sürgünlərini qaytaranda+
Elə bil, yuxu görürdük.
2 O zaman dodaqlarımızdan gülüş tökülürdü,
Dilimiz sevinc sədaları yüksəldirdi.+
O zaman xalqlar deyirdi:
«Yehova onlar üçün möhtəşəm işlər gördü».+
3 Bəli, Yehova bizim üçün möhtəşəm işlər görüb,+
Biz sevinib-şadlanırıq.
4 Axar suları Negevə qaytardığın kimi,
Əsirlikdə olan qardaşlarımızı qaytar, ey Yehova.
5 Göz yaşı ilə əkənlər
Sevinə-sevinə biçəcəklər.