Hissə 1
Yaradılışdan Daşqınadək
Göy və yer necə yaranıb? Günəş, Ay, ulduzlar və yer üzündə olan başqa şeylər haradan meydana gəlib? Müqəddəs Kitab bu suallara doğru cavab verir: bütün bunları yaradan Allahdır. Beləliklə, kitabımız Müqəddəs Yazıların yaradılış haqqında olan hekayələri ilə başlayır.
Bu kitabdan öyrənəcəyik ki, Allah ilk növbədə Özü kimi gözəgörünməz ruhani şəxsiyyətlər yaratmışdır. Bunlar mələklərdir. Yeri isə Allah insanlar üçün yaratmışdır. Buna görə də O, Adəm və Həvva adlı ilk kişi və qadını yaradıb, onları gözəl bir bağda yerləşdirdi. Amma onlar Allahın sözündən çıxdılar və yaşamaq hüquqlarını itirdilər.
Adəmin yaradılmasından böyük Daşqına qədər 1 656 il keçmişdir. Bu vaxt ərzində çoxlu pis şəxsiyyətlər yaşayırdı. Göydə, gözəgörünməz ruhani varlıqlar, yəni Şeytan və onun pis mələkləri yaşayırdılar. Yer üzündə isə Qabil və bir çox pis adamlarla yanaşı, qeyri-adi gücə malik olan varlıqlar var idi. Bütün bunlara baxmayaraq, yer üzündə Habil, Xanok və Nuh kimi yaxşı insanlar da ömür sürürdü. BİRİNCİ HİSSƏDƏ bu insanlardan və hadisələrdən bəhs ediləcək.