Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 11
  • İlk göyqurşağı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İlk göyqurşağı
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Səkkiz nəfər sağ qalır
    Müqəddəs Kitab dünyasına səyahət
  • Dünya suyun altında qalır. Bu, bir də baş verəcək?
    Böyük Müəllimdən öyrən
  • Nuhun hekayəsi və Böyük daşqın. Bu, sadəcə bir mifdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Keçmişdən ibrət dərsi
    Sən Allahın dostu ola bilərsən!
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 11
Səmada ilk göy qurşağı peyda olur və Nuhun gəmisi quru yerdə durur

Hekayə 11

İlk göy qurşağı

BİLİRSƏN Nuh ailəsi ilə gəmidən çıxan kimi ilk növbədə nə etdi? O, Allaha qurban, yəni hədiyyə gətirdi. Bununla, Nuh Allaha minnətdar olduğunu göstərdi. Axı Allah onun ailəsini böyük daşqından xilas edib. Bunları aşağıdakı şəkildə görə bilərsən.

Necə fikirləşirsən, Yehova bu qurbandan razı qaldımı? Bəli qaldı, hətta Nuha dünyanı bir daha su ilə məhv etməyəcəyini də söz verdi.

Nuh və ailəsi Yehovaya şükran təqdimi gətirdilər

Bir azdan sular tamamilə çəkilir və Nuh ailəsi ilə yeni həyata başlayır. Allah onlara xeyir-dua verib deyir: ‘Törəyib çoxalın və yer üzünü doldurun’.

Amma sonralar, insanlar böyük daşqın haqda eşidəndə onun yenidən baş verəcəyindən qorxa bilərdilər. Buna görə də daşqının bir daha olmayacağına əmin olsunlar deyə, Allah onlara bir əlamət verir. Bilirsən, bu əlamət nə idi? Bu, göy qurşağı idi.

Göy qurşağını indi də yağışdan sonra günəş çıxanda görmək olar. Onun cürbəcür, qəşəng rəngləri var. Heç göy qurşağı görmüsən? Onu şəkildə də görə bilərsən.

Allah deyir: ‘Söz verirəm ki, bir daha insanları və heyvanları daşqınla məhv etməyəcəm. Budur, buludda Öz göy qurşağımı qoyuram. O, göydə çıxan zaman, onu görəcəyəm və vədim yadıma düşəcək’.

Deməli, göy qurşağını görəndə yadına nə düşməlidir? Bəli, Allah söz verib ki, dünyanı bir daha böyük daşqınla məhv etməyəcək.

Yaradılış 8:18-22; 9:9-17.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş