Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 24
  • Yusif qardaşlarını sınağa çəkir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yusif qardaşlarını sınağa çəkir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Yehova Yusifi darda qoymur
    Müqəddəs Kitab dünyasına səyahət
  • Qardaşları Yusifi sevmirlər
    Müqəddəs Kitab hekayələri
  • Yusifin qardaşları kimi, səndə də heç paxıllıq yaranıbmı?
    Gözətçi qülləsi 2009
  • Yaqubun ailəsi Misirə köçür
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 24
Misirli qulluqçular Yusifin qardaşlarının birinin çuvalından gümüş kasa tapdı.

Hekayə 24

Yusif qardaşlarını sınağa çəkir

YUSİF qardaşlarının hələ də vicdansız və mərhəmətsiz olub-olmadıqlarını bilmək istəyir. Buna görə deyir: ‘Siz casussunuz. Buraya ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz’.

Onlar cavab verirlər: ‘Yox, biz casus deyilik, təmiz adamlarıq. Biz 12 qardaş idik. Qardaşımızın biri ölüb, ən kiçiyi isə atamızla evdə qaldı’.

Yusif özünü elə aparır ki, guya onlara inanmır. O, Şimeonu zindana saldırır, başqalarına isə ərzaq götürüb, evə getməyi əmr edir və deyir: ‘Buraya yenidən qayıdanda mütləq kiçik qardaşınızı da özünüzlə gətirin’.

Qardaşlar Kənana qayıtdıqda hər şeyi ataları Yaquba nəql edirlər. Yaqub çox kədərlənir. O ağlayaraq deyir: ‘Yusif yox, indi Şimeon da yoxdur. Qoymaram ki, kiçik oğlum Binyamini də aparasınız’. Ancaq yeməyə bir şeyləri qalmayanda Yaqub məcbur olur və Binyaminin də qardaşları ilə Misirə getməsinə icazə verir.

Budur, Yusif qardaşlarının gəldiyini görür. O, kiçik qardaşı Binyaminin gəlişinə çox şaddır. Əlbəttə, onların heç biri bu nüfuzlu adamın Yusif olduğunu bilmir. İndi Yusif 10 qardaşını sınağa çəkməyin əsl vaxtı olduğunu görür.

Yusif nökərlərinə qardaşlarının çuvallarını ərzaqla doldurmağı əmr edir. Sonra öz gümüş kasasını onlardan xəlvət Binyaminin çuvalına qoydurur. Qardaşlar bir qədər yol getdikdən sonra Yusif nökərlərini onların dalınca göndərir. Nökərlər onlara çatıb deyirlər: ‘Nəyə görə ağamızın gümüş kasasını oğurlamısınız?’

Qardaşların hamısı bir ağızdan deyir: ‘Biz onun kasasını oğurlamamışıq. Əgər hansımızdasa o kasanı tapsanız, qoy o adam öldürülsün’.

Beləcə nökərlər bütün çuvalları axtarır və şəkildə gördüyün kimi, kasanı Binyaminin çuvalından tapırlar. Nökərlər deyir: ‘Siz evinizə qayıda bilərsiniz, ancaq Binyamin bizimlə getməlidir’. Görək indi qardaşlar nə edəcək?

Onların hamısı Binyaminlə bərabər Yusifin evinə qayıdırlar. Yusif qardaşlarına deyir: ‘Siz hamınız evinizə gedə bilərsiniz, amma Binyamin burada qalıb mənim qulum olacaq’.

Bunu eşidən Yəhuda irəli çıxıb deyir: ‘Əgər mən evə bu uşaqsız qayıtsam, atam ölər, çünki onu çox sevir. Ona görə də, xahiş edirəm, burada məni qul kimi saxla, amma icazə ver uşaq getsin’.

İndi Yusif qardaşlarının doğrudan da dəyişdiyini görür. Artıq onlar əvvəlki kimi vicdansız və mərhəmətsiz deyillər. Gəl görək Yusif daha sonra nə edəcək.

Yaradılış 42:9-38; 43:1-34; 44:1-34.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş