Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 77 s. 182—183
  • Quyunun yanındakı qadın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Quyunun yanındakı qadın
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • İsa peyğəmbər və səməriyyəli qadın
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih samariyalı qadına təlim verir
    İsa Məsihin həyatı və xidməti
  • Quyu başında qadınla söhbət
    Müqəddəs Kitab hekayələri
  • «Xeyirxah səməriyyəli» olmaq nə deməkdir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 77 s. 182—183
İsa Məsih Yaqubun quyusunun yanında səməriyyəli qadınla danışır

DƏRS 77

Quyunun yanındakı qadın

Pasxadan sonra İsa Məsih şagirdləri ilə Cəliləyə qayıdanda Səməriyyədən keçir. O, Sixar şəhərinin yaxınlığındakı Yaqubun quyusu adlanan yerdə ayaq saxlayıb dincini alır. Həmin vaxt şagirdləri şəhərə ərzaq dalınca gedirlər.

Bu vaxt bir qadın su çəkmək üçün quyuya gəlir. İsa Məsih ona deyir: «Mənə içməyə su ver». Qadın ona cavab verir: «Sən nə əcəb mənimlə danışırsan? Mən səməriyyəliyəm. Yəhudilər səməriyyəlilərlə danışmırlar». İsa Məsih ona deyir: «Əgər səndən su istəyənin kim olduğunu bilsəydin, sən özün ondan su istəyərdin, o da sənə həyat suyu verərdi». Qadın soruşur: «Nə demək istəyirsən? Sənin su çəkmək üçün heç nəyin yoxdur». İsa cavab verir: «Mən verdiyim sudan içən adam bir də susamır». Qadın isə deyir: «Ağa, o sudan mənə də ver».

İsa Məsih səməriyyəli ilə danışır

Sonra İsa Məsih qadına deyir: «Get ərini də çağır bura gəl». «Mənim ərim yoxdur», — deyə qadın cavab verir. İsa Məsih peyğəmbər isə qadına deyir: «Düz deyirsən. Sən beş dəfə evlənmisən və indi yaşadığın kişi ilə evli deyilsən». Qadın cavab verir: «Görürəm ki, peyğəmbərsən. Xalqım düşünür ki, Allaha bu dağda ibadət etmək lazımdır, ancaq yəhudilər isə deyir ki, yalnız Yerusəlimdə ibadət etmək olar. Mən inanıram ki, Məsih gələndə bizə necə ibadət etməli olduğumuzu öyrədəcək». Sonra İsa ona indiyə qədər heç kimə demədiyi bir söz deyir: «Məsih mənəm».

Qadın şəhərə qaçıb səməriyyəlilərə deyir: «Deyəsən, Məsihi tapmışam. O, mənim haqqımda hər şeyi bildi. Gəlin sizi onun yanına aparım!» Camaat onunla quyunun yanına gedir və İsanın təlimlərinə qulaq asır.

Səməriyyəlilər İsadan xahiş edirlər ki, onların şəhərlərində qalsın. İsa iki gün onlara Allahın Kəlamını öyrədir. Bir çox adam ona iman gətirir. Onlar səməriyyəli qadına deyirlər: «Bu adama qulaq asandan sonra dünyanın əsl xilaskarının kim olduğunu bildik».

«“Gəl!”... Qoy susayan hər kəs gəlsin. İstəyən qoy həyat suyunu havayı götürsün» (Vəhy 22:17)

Suallar: Nəyə görə səməriyyəli qadın İsanın onunla danışmağına təəccüblənir? İsa qadına nə deyir?

Yəhya 4:1—42

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş