Unudulmaz təəssürat
HƏR İL bütün dünyada Yeqovanın Şahidləri, ölkələrində keçirilən məsihçi görüşlərinə — rayon və vilayət konqreslərinə toplaşırlar. Onlar bu konqreslərdə yaradıcı proqramdan və dostluq ünsiyyətindən ruhani qüvvə alırlar. Ancaq bu görüşlərin ətrafda olan insanlara unudulmaz təəssürat bağışlayan digər xüsusiyyətləri də var.
Məsələn, Mozambikdə 1999-cu ilin iyul ayında, Yeqovanın minlərlə Şahidləri “Allahın peyğəmbərlik sözü” adlı üç günlük vilayət konqresinin zəngin proqramını dinlədilər. İştirakçılardan bir çoxu konqresə birinci dəfə gəlmişdilər. Onlara, yalnız xitabət kürsüsündən söylənilən mə’ruzələr deyil, həmçinin ətrafda gördükləri şeylər də çox böyük tə’sir bağışladı.
Maputudakı konqres Zalına gələn qadınlardan biri dedi: “Mən həyatımda hələ belə bir gözəl yer görməmişdim! Tualetlərdə sabun və güzgülər var və hər yandan təmizlik ətri gəlir. Ətrafda sakitlik hökm sürür, dalaşqan uşaqları da görmək qeyri-mümkündür. Heç kim heç kimi itələmir! Cevinc içində olan gənclərin necə söhbət edib bir-birlərini ruhlandırdıqlarını gördüm. Həmçinin məni hamının səliqəli geyimi də valeh etdi. Gələn dəfə konqresə öz uşaqlarımı da gətirəcəm və bizimlə gəlsin deyə ərimi də dilə tutacağam”.
Yeqovanın Şahidlərinin düzlük, alicənablıq və təmizlikləri ətrafdakı insanların diqqətini cəlb etməyə bilməz. Bəs Şahidlər digərlərindən nəyə görə bu cür fərqlənirlər? Ona görə ki, onlar Müqəddəs Kitabdan öyrəndiklərini səmimiyyətlə öz həyatlarında tətbiq etməyə çalışırlar. Yeqovanın Şahidlərinin, bu il ölkənizdə keçən konqreslərinə və ya yerli Padşahlıq Zallarında hər həftə olan görüşlərinə nə üçün siz də gəlməyəsiniz? Onda bunların hamısını siz öz gözünüzlə görə bilərsiniz.
[32-ci səhifədəki şəkil]
ZAMBİYA
[32-ci səhifədəki şəkil]
KENYA
[32-ci səhifədəki şəkil]
MOZAMBİK