Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/8 s. 20
  • Septuaqintada tetraqrammaton

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Septuaqintada tetraqrammaton
  • Gözətçi qülləsi 2002
Gözətçi qülləsi 2002
w02 1/8 s. 20

Septuaqintada tetraqrammaton

ALLAHIN Yehova adı tetraqrammaton, yə’ni dörd ibrani hərfi יהוה (YHVH) şəklində təqdim edilir. Uzun müddət düşünürdülər ki, Septuaqintanın surətlərində tetraqrammaton olmamışdır. Buna görə də hesab edirdilər ki, Yunanca Müqəddəs Yazılarda, İbranicə Müqəddəs Yazılardan sitat gətirildikdə Allahın adı istifadə edilməmişdir.

Təxminən son yüz il ərzində edilən bir sıra kəşflər sübut etdi ki, Septuaqintada Allahın adı olmuşdur. Bir mənbədə deyilirdi: “Ellinizmin tə’siri altına düşən yəhudilər Allahın müqəddəs adının dəyişməməsini o dərəcədə istəyirdilər ki, İbranicə Müqəddəs Yazıları yunan dilinə tərcümə edən zaman ibrani hərfləri ilə yazılmış tetraqrammatonu olduğu kimi yunan mətninə köçürmüşlər”.

Solda göstərilən şəkildəki papirus parçası, günümüzədək qorunub saxlanmış nümunələrdən biridir. Oksirinxusda (Misir) tapılmış və 3522 nömrəsi verilmiş bu parça eramızın I əsrinə aid edilira. Onun ölçüsü 7x10,5 sm-dir və orada “Eyub” kitabının 42:11, 12 ayələri yerləşir. Həmin ayələrdə (haşiyəyə alınmış) tetraqrammaton qədim ibrani hərfləri ilə təsvir olunurb.

Bəs Allahın adı Yunanca Müqəddəs Yazıların ilk surətlərində istifadə edilmişdirmi? Müqəddəs Kitab alimi Corc Hovard yazır: “Birinci əsrdə kilsənin istifadə etdiyi Yunanca Müqəddəs Yazıların [Septuaqintanın] surətlərində tetraqrammatona rast gəlindiyi üçün, Ə[hdi] C[ədidin] yunan mətnində Müqəddəs Yazılardan sitat gətirildikdə, tetraqrammatonun qorunduğunu düşünmək məntiqə uyğundur”. Göründüyü kimi, qısa müddətdən sonra Müqəddəs Kitabın köçürücüləri Allahın adını Kirios (Rəbb) və Teos (Allah) kimi titullarla əvəz etməyə başlamışlar.

[Haşiyələr]

a Oksirinxusda tapılmış papirus haqqında daha geniş mə’lumat üçün “Gözətçi Qülləsi”nin 1992-ci il 15 fevral nömrəsinin, 26-28-ci səhifələrinə baxın (rusca).

b Allahın adının istifadə edildiyi qədim yunan əlyazmalarının başqa nümunələri üçün “Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi”nə, 1C əlavə bəndinə baxın (ing.).

[İcazə ilə]

The Egypt Exploration Society-nin razılığı ilə.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş