Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/11 s. 3—4
  • E’tibarlı rəhbərliyə ehtiyac duyuruqmu?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • E’tibarlı rəhbərliyə ehtiyac duyuruqmu?
  • Gözətçi qülləsi 2004
  • Oxşar material
  • Ən yaxşı rəhbərlik mənbəyi
    Gözətçi qülləsi 2004
  • Ailə dağılmaq üzrə olduqda
    Ailə xoşbəxtliyinin sirri
  • «Müdriklərin sözlərini dinlə»
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2004
w04 1/11 s. 3—4

E’tibarlı rəhbərliyə ehtiyac duyuruqmu?

BU GÜN bir çoxları elə hesab edirlər ki, xeyri şərdən ayırmağı bacarırlar və istədikləri kimi hərəkət etməyə haqları var. Başqaları isə zənn edirlər ki, insana məmnunluq gətirən hər şey məqbuldur. Ta qədimdən insan cəmiyyətinin əsası kimi hesab olunan nikah və ailə, bu gün böhran vəziyyətini yaşayır (Təkvin 3:5).

Meksikada yaşayan Veronikaa ilə baş verən hadisəni nəzərdən keçirək. O danışır: “Birgə yaşadığımız ailə həyatının 15-ci ildönümü ərəfəsində ərim mənə xəbər verdi ki, başqa bir qadınla əlaqəsi var. O dedi ki, həmin qadın ondan cavandır və özünü onun yanında xoşbəxt hiss edir, buna görə də onu tərk etməyəcəkdir. Ən yaxın dostumun artıq yanımda olmayacağı fikri məni sarsıtdı. Əvvəllər mən elə düşünürdüm ki, insana ən güclü yaranı yaxın adamlarının ölümü vurur. Lakin xəyanətə tab gətirmək mənim üçün daha çətin oldu: mən sevdiyim adamı itirdim, o isə məni incitməyə davam edirdi”.

Bu isə, artıq boşanmış və bir oğula sahib olan, lakin öz atalıq borcunu yerinə yetirməkdən imtina edən 22 yaşlı kişinin hadisəsidir. O elə hesab edir ki, anası onun və onun oğlunun qayğısına qalmalıdır. Əgər anası onun bütün tələblərini yerinə yetirmirsə, o özündən çıxır və sanki tərbiyəsiz uşaq kimi onu təhqir etməyə başlayır. Bu cür hücumların qarşısında onun anası özünü köməksiz hiss edir.

Bu kimi hallara az-az təsadüf olunmur. Bütün dünyada boşanmaların və ərlə arvadın ayrı yaşadığı halların sayı get-gedə artır. Çoxlu sayda uşaqlar, yeni həyata başlamaq üçün ata və ya anasının evdən getməsinin acısını çəkirlər. Bə’zi gənc oğlan və qızlar ətrafdakılara, o cümlədən valideynlərinə qarşı hörmət hissini itirmişlər və onlar keçmiş nəsil üçün ağlasığmaz kimi görünən hərəkətlərə yol verirlər. Bir çox ölkələrdə yeniyetmələr arasındakı cinsi əlaqə, narkomaniya, cinayətkarlıq, həmçinin müəllimlərin və valideynlərin uşaqlar tərəfindən qətlə yetirilməsi adi hala çevrilib. Yəqin siz də razılaşacaqsınız ki, problemlər yalnız ailə həyatında və uşaqların tərbiyəsi məsələsində deyil, başqa sahələrdə də yaranır.

Biz bu kimi hadisələrin şahidi olanda, çaşqınlıq içində qalırıq: “Cəmiyyətlə nə baş verir?” Əgər insanlar həqiqətən də xeyirlə şəri ayırd edə bilirlərsə, bəs nə üçün bu qədər həll olunmamış problemlər qalır? Biz rəhbərliyə ehtiyac duymuruqmu? Vaxtın sınağından çıxmış e’tibarlı rəhbərliyi haradasa tapmaq mümkündürmü? Bir çox insanlar Allaha inandıqlarını və Onun Kəlamına e’tibar etdiklərini iddia etsələr də, deyəsən, bu onların həyatında heç cür əks olunmur. Bəs Allahın məsləhəti bizə necə kömək edə bilər? Bu haqda növbəti məqalədə danışılacaq.

[Haşiyə]

a Ad dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş