«Biz nə üçün yaşayırıq?»
NOBEL mükafatı laureatı, yəhudilərin soyqırımından sağ çıxmış Eli Vizel bu sualı «insan qarşısında duran ən vacib sual» adlandırmışdı. Bu hansı sualdır? «Biz nə üçün yaşayırıq?»
Bu sual sizi də düşündürürmü? Bir çoxları onun üzərində düşünsələr də, cavab tapa bilməmişlər. Həyatın mə’nasını tapmağa çalışan britaniyalı tarixçi Arnold Toynbi yazırdı: «İnsanın əsas məqsədi Allahı izzətləndirmək və xoşbəxtliyi əbədiyyən Onda tapmaqdır».
Maraqlıdır ki, üç min il bundan əvvəl yaşamış və müdrikliyi ilə özünə şöhrət qazanmış padşah Süleyman bu sualın cavabını tapmışdı: «Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» (Vaiz 12:13).
Bu əsas prinsipi Allahın Oğlu İsa Məsih də təsdiq etmişdir. Yer üzündə olarkən İsa səmavi Atasını izzətləndirmək üçün əlindən gələni edirdi. Yaradana xidmət etmək onun həyatını zənginləşdirirdi. İsa demişdi: ‘Mənim yeməyim Məni Göndərənin iradəsini yeritməkdir’ (Yəhya 4:34).
Beləliklə, biz nə üçün yaşayırıq? İsa, Süleyman və Allahın digər xidmətçiləri kimi biz də Allahın iradəsini yerinə yetirərək həyatın həqiqi mə’nasını və xoşbəxtliyi tapa bilərik. Siz Allaha «ruhən və həqiqətən» ibadət etmək haqqında daha çox bilmək istəyərdinizmi? (Yəhya 4:24). Yaxınlığınızda yaşayan Yehovanın Şahidləri bu sualı araşdırmaqda sizə məmnuniyyətlə kömək edəcəklər.