Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/4 s. 27
  • Allah əzablara nə üçün yol verir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah əzablara nə üçün yol verir?
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • Nəyə görə dünya əzab-əziyyətlə doludur?
    Müqəddəs Kitab təlimləri
  • Allah iztirablara nə üçün yol verir?
    Əbədi həyata aparan bilik
  • Nə üçün Allah pisliyə və zülmə son qoymur?
    İlahi müjdə
  • Sərvaxt ol, Şeytan səni udmaq istəyir!
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/4 s. 27

Oxucularımız soruşur

Allah əzablara nə üçün yol verir?

İNSANLARIN əzablarının səbəbkarı Allah deyil. Müqəddəs Kitabda deyilir: «Məgər Allah pislik edərmi?» (Əyyub 34:10). Bəs onda əzabların əsas səbəbkarı kimdir?

İsa Şeytanı «bu dünyanın rəisi» adlandırdı (Yəhya 14:30). Əlbəttə, Yehova Kainatın Hökmdarıdır və bu mövqeyindən heç vaxt imtina etməz. Lakin Allah müvəqqəti olaraq bəşəriyyətin böyük hissəsi üzərində Şeytanın rəhbərlik etməsinə yol verib (1 Yəhya 5:19).

Şeytan necə rəhbər oldu? İnsanlarla ilk ünsiyyətindən etibarən o, qatil və yalançı olmuşdur. O, var qüvvəsi ilə insan cəmiyyətini hərtərəfli dağıtmağa çalışır. İsa onu bu sözlərlə mühakimə etmişdi: «O, başlanğıcdan insan qatili idi və həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur. Yalan söylədiyi zaman, özündən söylər; çünki o, yalançıdır və yalanın atasıdır» (Yəhya 8:44). İsa həm də demişdi ki, onu öldürmək istəyənlər bu ilk qatilin övladları idi. Onlar İblis kimi davranmaqla özlərini onun övladları etdilər. El arasında deyildiyi kimi, «oğul ataya bənzər».

Şeytan hələ də insanların ürəyinə canilik toxumu səpir. Məsələn, Havay Universitetinin (ABŞ) əməkdar professoru Rudolf Rammelin hesablamalarına görə, 1900-cü ildən 1987-ci ilədək müxtəlif dövlətlər siyasi çevrilişlər, soyqırımlar və ya zorakılıq nəticəsində 169 198 000 dinc sakinin həyatına bais olmuşdur. Hələ həmin dövrdə döyüşlərdə həlak olan on milyonlarla insan bu siyahıya daxil edilməyib.

Əzabların səbəbkarı Allah deyilsə, bəs nə üçün onlara yol verir? Çünki qədim zamanlarda hər bir şüurlu varlığa aidiyyəti olan və hələ də həllini gözləyən mənəvi dəyərlərlə bağlı suallar qaldırılmışdır. Gəlin onlardan yalnız birinə nəzər salaq.

Bəşər tarixinin başlanğıcında Adəm və Həvva Şeytanın tərəfini tutdular. Onlar Allahın rəhbərliyini rədd etdilər və özləri özlərini idarə etməyi seçdilər, bu isə əslində onları İblisin idarə etməsi demək idi (Yaradılış 3:1-6; Vəhy 12:9).

Yehovanın ədaləti bu məsələnin həlli üçün vaxt verilməsini tələb edirdi. Tarix nəyi sübut etdi? Şeytanın təsiri altında olan insan rəhbərliyi bəşəriyyətə iztirablardan başqa heç nə gətirmədi. Doğrudan da, bütün bunları nəzərə alanda görürük ki, Allahın vaxt verməsi insanların xeyrinə oldu. Hansı mənada? Faktları araşdıranlar və onları qəbul edənlər Allahın rəhbərliyi altında yaşamaq istədiklərini göstərmək imkanına malikdirlər. Allahın tələblərini öyrənənlərin və onlara müvafiq yaşayanların əbədi həyatı miras almaq ümidləri var (Yəhya 17:3; 1 Yəhya 2:17).

Düzdür, bu gün Şeytan dünyanı qəddarcasına idarə edir. Lakin onun vaxtına az qalıb. Tezliklə Yehova Oğlunun vasitəsilə ‘iblisin əməllərini puç edəcək’ (1 Yəhya 3:8). Allahın göstərişi ilə İsa sınıq qəlblərə şəfa verəcək və puç edilmiş həyatları bərpa edəcək. O, dünya yaranandan bu yana iztirab çəkmiş və ölmüş milyardlarla insanları həyata qaytaracaq (Yəhya 11:25).

İsanın dirilməsi Allahın İblisin əməlləri üzərində qələbəsinin bir nümunəsidir. Bu, Allahın rəhbərliyini seçən insanları gələcəkdə nə gözlədiyini göstərir (Həvarilərin işləri 17:31). Müqəddəs Kitab həmin vaxtı təsəvvürümüzdə canlandırmağa kömək etmək üçün belə təsəlliverici sözlər deyir: «Allahın Özü onlarla [insanlarla] olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:3, 4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş