Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/12 s. 32
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2008
w08 15/12 s. 32

Oxucuların sualları

Nehemya 8:10 ayəsində yəhudilərə: «Yağlı yemək yeyin», Levililər 3:17 ayəsində isə: «Piy... yeməyin» deyilir. Bunları necə başa düşmək olar?

Nehemya 8:10 ayəsində «yağlı yemək» və Levililər 3:17 ayəsində «piy» kimi tərcümə olunan sözlər orijinal dildə də müxtəlifdir. Levililər 3:17 ayəsindəki «piy» sözü, heyvana və ya insana aid olmasından asılı olmayaraq, ibranicə kélev sözünün tərcüməsidir (Lev. 3:3; Hak. 3:22). 17-ci ayənin konteksti göstərir ki, qurban gətirilən heyvanların içalatını və böyrəklərini, həmçinin belini örtən piyi israillilərə yeməmək əmr edilmişdi, çünki «bütün piy Rəbbə məxsusdur» (Lev. 3:14-16). Beləliklə, Yehovaya təqdim olunan heyvan piyini yemək qadağan olunmuşdu.

Nehemya 8:10 ayəsində «yağlı yemək» kimi tərcümə olunan sözə isə maşmanim sözü müvafiqdir və İbranicə Müqəddəs Yazılarda bu sözə yalnız bu ayədə rast gəlinir. Bu söz, mənası «kökəlmək, piylənmək» olan şamén felindən əmələ gəlib. Bu fel ilə bağlı olan sözlər, əsas etibarilə, firavanlıq və bolluq deməkdir. (Yeşaya 25:6 (KM) ayəsi ilə müqayisə et.) Şamén felindən əmələ gələn şémən ismi çox vaxt, «zeytun yağı» ifadəsinə daxil olan, «yağ» sözü kimi tərcümə olunur (Qanun. t. 8:8; Lev. 24:2). Nehemya 8:10 ayəsindəki maşmanim sözü, görünür, çox yağlı xörəyə aiddir və hətta bu yeməyə üzərində xalis heyvan piyi yox, xırda piy tikələri olan ət də qatıla bilərdi.

İsraillilərə xalis heyvan piyi yemək qadağan olunsa da, onlar bəsləyici və ləziz xörəklər yeyə bilərdilər. Bəzi yeməklər, məsələn, undan hazırlanmış kökələr heyvan piyində yox, bitki yağında (adətən zeytun yağında) bişirilirdi (Lev. 2:7). Buna görə də «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında (ing.) izah olunur ki, Nehemya 8:10 ayəsindəki «yağlı yemək» ifadəsi «bəsləyici yeməklərə — yağsız, qidalı olmayan xörəklərə yox, iştahaaçan, eləcə də bitki yağında bişirilmiş dadlı yeməklərə aiddir».

Əlbəttə, məsihçilər bilirlər ki, piy yeməyə qoyulan qadağa Qanunun bir hissəsi idi. Onlar, heyvan qurbanlarına dair tələblər də daxil olmaqla, bu qanunun altında deyillər (Rom. 3:20; 7:4, 6; 10:4; Kolos. 2:16, 17).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş