Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 30
  • Süd-bal Axan Diyar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Süd-bal Axan Diyar
  • Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2012
w12 1/7 s. 30

Süd-bal Axan Diyar

YEHOVA Allah israilliləri Misir köləliyindən azad edəndə vəd etmişdi ki, onları «nemətli bir diyara, süd və bal axan torpağa» aparacaq (Çıxış 3:8).

İsraillilər Allahın vəd etdiyi diyarda məskunlaşdıqda mal-qara, qoyun-keçi saxlayırdılar. Buna görə də orada süd bol olurdu. Bəs bal necə? Belə fikirlər mövcuddur ki, bu ayədəki «bal» sözü xurma, əncir və ya üzümdən hazırlanmış siroplara aiddir. Digər tərəfdən, Müqəddəs Kitabda arı balından danışılanda, əsas etibarilə, yabanı baldan söhbət gedir (Hakimlər 14:8, 9; 1 Şamuel 14:27; Matta 3:1, 4). Bunlar öz yerində. Bəs bal da süd kimi bol idi?

Bu yaxınlarda indiki İsrail dövləti ərazisində aparılmış arxeoloji qazıntılar bu məsələyə xeyli aydınlıq gətirdi. Oradakı tapıntılarla bağlı İbrani Universitetinin mətbuat açıqlamasında deyilir: «Professor (Amihay) Mazarın sözlərinə görə bunlar Yaxın Şərqdə arxeoloji qazıntılar nəticəsində indiyədək aşkar edilmiş ən qədim pətək tapıntısıdır. Onlar b. e. ə. X—IX əsrin əvvəlinə aiddir».

Arxeoloqlar üç sıraya düzülmüş 30-a yaxın pətək tapıblar. Onların hesablamalarına görə, həmin yerdə 100-ə qədər pətək yerləşə bilərdi. Pətəklərin tədqiqi nəticəsində arı qalıqları və mum hissəcikləri tapılmışdır. Alimlər təxmin edirlər ki, «bu pətəklərdən ildə yarım tonadək bal götürmək olardı».

Qədimdə bal xüsusi ərzaq məhsulu sayılırdı, arı mumundan isə dəmir və dəri emalında istifadə edilirdi. Mum həmçinin yazı lövhəcikləri düzəltmək üçün işlənirdi. Adətən, taxta lövhəciyin üzərini qaşıyır və ora mum yaxırdılar. Təkrar istifadə üçün mumu lövhəcikdən yığıb əridirdilər. Maraqlıdır, həmin pətəkləri tapmış arxeoloqlar hansı qənaətə gəliblər?

Mətbuat açıqlamasında sonra deyilir: «Hərçənd o dövrdəki İsraildə arıçılığın olub-olmaması barədə Müqəddəs Kitabda heç nə deyilmir, amma Təl-Rəhavda tapılmış pətəklər göstərir ki, hələ ilk [Süleymanın tikdiyi] məbəd duran vaxtlarda arıçılıq və bal istehsalı geniş yayılmışdı. Buna görə yəqin etmək olar ki, Müqəddəs Kitabda bal deyiləndə məhz arı balı nəzərdə tutulur».

[30–cu səhifədəki şəkil]

Institute of Archaeology/Hebrew University © Tel Rehov Excavations

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş