Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/1 s. 22
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • O, Allahın xalqının müdafiəsinə qalxdı
    İman örnəkləri
  • «Ester» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • Əstər Allahın xalqının müdafiəsinə qalxır
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
    İman örnəkləri
Gözətçi qülləsi 2012
w12 1/1 s. 22

Bilirsinizmi?

Müqəddəs Yazıların «Ester» kitabda adı çəkilən Fars padşahı Axaşveroş kim idi?

▪ Müqəddəs Yazıların «Ester» kitabına əsasən, Axaşveroş yəhudi qızı gənc Esteri özünə mələkə seçmiş, Ester isə öz xalqını soyqırımdan xilas etmişdir. Müqəddəs Kitabda Fars padşahlarından hansının Axaşveroş adlandığına dair alimlər arasında uzun müddət fikir ayrılığı mövcud idi. Lakin aşkar edilən Fars abidələrinin üzərində üç dildə olan məlumatdan Axaşveroşun kim olduğu aydın oldu. Bununla da, onun Böyük Daranın (Histaspa) oğlu I Kserks olduğuna şübhə yeri qalmadı. Fars dilində olan yazıdan Kserks adının ibrani dilinə transliterasiyası (bir əlifbanın hərflərinin başqa əlifbanın hərfləri ilə verilməsi) «Ester» kitabının ibrani mətnindəki ada uyğun gəlir.

«Ester» kitabında Axaşveroş haqqında deyilənlərin hamısı aşkar edilən həmin yazılarla uzlaşırdı. Fars padşahı Elamda paytaxt şəhəri Suzdan (Şuşan) Midiyanı idarə edirdi və onun hökmranlığı Hindistandan Aralıq dənizi adalarına qədər olan əraziləri əhatə edirdi (Ester 1:2, 3; 8:9; 10:1). «Bütün bunları Fars padşahlarından yalnız Kserksə aid etmək olar, — deyə alim Lyuis Beyls Peyton qeyd edir. — “Est[er]” Kitabında təsvir olunan Axaşveroşun şəxsiyyəti Herodotun və digər yunan tarixçilərinin Kserks haqqında verdikləri məlumata tam uyğun gəlir».

Qədim Misirdə kərpic kəsildiyinə hansı sübutlar var?

▪ Müqəddəs Yazıların «Çıxış» kitabında deyilir ki, misirlilər ibrani qullarına kərpic kəsdirirdilər. Qullar gil, palçıq və samandan istifadə edərək hər gün üçün qoyulan miqdarda kərpic hazırlayırdılar (Çıxış 1:14; 5:10—14).

Günəşin şüaları altında quruyan kərpicin hazırlanması qədim zəmanədə Nil vadisində vacib məşğuliyyət idi. Misirdə indiyədək mövcud olan qədim abidələr məhz həmin materialdan hazırlanıb. Kərpic hazırlama prosesi Fivada yerləşən və b. e. ə. XV əsrə aid edilən Rexmirin məzarının divarında təsvir olunur. Bu məzarın tarixi «Çıxış» kitabında öz əksini tapır.

Bir ensiklopediyada həmin divar naxışları izah olunur: «Su gölməçədən gətirilirdi; palçıq toxa ilə qarışdırılır və kərpickəsənin yanına, rahat bir yerə aparılırdı. Kərpickəsən palçığı torpağın üstündə düzdüyü ağac qəliblərə doldururdu. Sonra qəlibi götürürdülər və təzə kərpiclər günün altında quruyurdu. Kərpiclər yan-yana düzülürdü və quruyanda istifadə etmək üçün bir yerə yığılırdı. Yaxın Şərqdə bu üsuldan hələ də istifadə olunur» («The International Standard Bible Encyclopedia»).

B. e. ə. ikinci minilliyə aid olan müxtəlif papiruslarda qulların kərpic hazırlamaları, saman və gildən istifadə etmələri, həmçinin kərpiclərin gündəlik norması yazılıb.

[22-ci səhifədəki şəkil]

Kserksin (ayaqüstə) və böyük Daranın (oturan) daş relyefi

[İcazə ilə]

Werner Forman/Art Resource, NY

[22-ci səhifədəki şəkil]

Rexmirin məzarının divar naxışları

[İcazə ilə]

Erich Lessing/Art Resource, NY

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş