Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/2 s. 31—32
  • «Mən hamının diqqət mərkəzində idim»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Mən hamının diqqət mərkəzində idim»
  • Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2012
w12 15/2 s. 31—32

Arxivimizdən

«Mən hamının diqqət mərkəzində idim»

Tammüddətli təbliğçi Şarlotta Uaytın əlində təkərli çamadan Kentukki ştatının (ABŞ) Luisvill şəhərinə gəlişi sakinlər arasında böyük əks-səda doğurmuşdu.

1908-Cİ İL İDİ. Şəhər sakinlərinin diqqətini Şarlotta bacıya cəlb edən, əlbəttə ki, «səyyar şəfəq» adlanan yeni ixtira olmuşdu. Bacı yazmışdı: «Bütün şəhər bu barədə danışırdı və mən hamının diqqət mərkəzində idim».

Əvvəllər Müqəddəs Kitab Tədqiqatçıları adı ilə tanınan Yehovanın Şahidləri dərk etmişdilər ki, Müqəddəs Yazıları diqqətlə araşdırmaları sayəsində öyrəndikləri dəyərli həqiqətləri başqaları ilə bölüşmək vacibdir. Çoxları bir neçə cilddə nəşr edilən, sonralar həm də «Müqəddəs Yazıların tədqiqi» adlanan «Minilliyin şəfəqi» kitabı vasitəsilə Müqəddəs Kitab biliklərinə yiyələnmişdilər. İstəkləri ilə imkanları üst-üstə düşən o məsihçilər şəhərləri, kəndləri və qəsəbələri gəzib-dolaşaraq «Müqəddəs Kitab Tədqiqatçılarının köməkçiləri» adlanan bu kitabları həqiqət üçün susayan oxuculara təklif edirdilər.

1908-ci ildə Şarlotta bacı və digər fəal təbliğçilər üz qabığı bütöv parçadan düzəldilmiş 6 cildli bu kitabı 1,65 ABŞ dollarına təklif edirdilər. Kitabları sakinlərə dərhal vermək əvəzinə, onlar sifariş yığıb, bir qədər sonra, adətən, insanların maaş aldıqları gündə qayıdırdılar və bu kitabları yalnız onun çap xərclərini ödəyən kiçik bir məbləğə təklif edirdilər. Hətta bir təqibçi bu kitablara görə insanların az pul ianə etməli olduqlarından gileylənirdi!

Malinda Kifer adlı bir bacı həftə ərzində 200-dən 300-dək sifariş qəbul etdiyini demişdi. Lakin «Minilliyin şəfəqi» kitabına tələbatın böyük olması bir çətinlik yaratmışdı. Altı cilddə olan bu kitab 740 səhifədən ibarət idi! O vaxtlar «Gözətçi qülləsi» jurnalında qeyd edilirdi ki, əlli kitabın ümumi çəkisi 18 kiloqramdır və bu, onları oxuculara çatdırmaq məsələsini qəlizləşdirirdi, xüsusilə də bacılar üçün.

Bu məsələni həll etmək üçün qardaşımız Ceyms Koul şurupların köməyi ilə çamadana bərkidilən ikitəkərli qatlanan gövdə icad etmişdi. Artıq kitablarla dolu ağır çamadanları daşımağa ehtiyac yox idi. İxtiraçı bu barədə demişdi: «Daha qollarım qırılmır». O, bu yeni aləti 1908-ci ildə Ohayo ştatın Sinsinnati şəhərində Müqəddəs Kitab Tədqiqatçılarının keçirdikləri konqresdə sevinc içində olan tamaşaçılara təqdim etmişdi. Düyməciklərdə «Səyyar şəfəq» ifadəsi həkk olunmuşdu, çünki bu çamadanlarda, əsasən, «Minilliyin şəfəqi» kitabları daşınılırdı. Bir-iki dəfə istifadə etdikdən sonra təbliğçi kitablarla dolu bu çamadanı bir əllə asanlıqla idarə etməyi öyrənirdi. Çamadanın hündürlüyü təbliğçinin boyuna görə tənzimlənirdi və onu kələ-kötürlü yollarda sürmək mümkün idi. Xidmət gününün sonunda təbliğçi piyada və ya tramvayla evə gedərkən rezin təkərləri çamadanın böyrünə qatlaya bilərdi.

«Səyyar şəfəq»in qiyməti 2,50 ABŞ dolları idi. Lakin tammüddətli xidmətdə olan bacılar onu pulsuz əldə edə bilərdilər. Şəkildə təsvir olunan Malinda bacı «səyyar şəfəq»i o dərəcə məharətlə idarə edirdi ki, bir əli ilə dolu çamadanı sürürdü, digər əlində isə çantada əlavə kitablar daşıyırdı. Pensilvaniya ştatının (ABŞ) şaxtaçılar şəhərində xoş xəbərə hay verən insanların sayı çox olduğundan o, çatdırılma günündə, adətən, üç-dörd dəfə körpüdən keçirdi.

1980-ci illərin sonlarına yaxın bir pilot bizim günlərdə hava limanlarında və şəhər küçələrində artıq adi hala çevrilmiş təkərli çamadan icad etmişdi. Amma təxminən yüz il bundan əvvəl Müqəddəs Kitab Tədqiqatçıları «səyyar şəfəq»in köməyilə dəyərli həqiqət toxumlarını səpəndə heyran dolu baxışları ilə onlara tamaşa edən insanların diqqətini cəlb edirdilər.

[32-ci səhifədəki yazı]

Malinda bacı çatdırılma günündə, adətən, üç-dörd dəfə körpüdən keçirdi

[32-ci səhifədəki yazı]

«Bu, “Şəfəq” kitabının çatdırılma problemini həll etdi»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş