Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/5 s. 22
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Yehova sizə xüsusi məhəbbət bəsləyir
    Gözətçi qülləsi 2021
  • Yehovanın inayəti böyükdür
    Gözətçi qülləsi 2004
  • Sədaqətli olaq
    Yehovanı şövqlə tərənnüm edin
  • Sədaqətli olaq
    Yehovanı nəğmələrdə tərənnüm edin
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/5 s. 22

Oxucuların sualları

Hansı mənada «sadiq bəndələrinin ölümü Yehova üçün bahadır»?

▪ Məzmurçu Allahdan ilham alaraq oxuyurdu: «Sadiq bəndələrinin ölümü Yehova üçün bahadır» (Məz. 116:15, YD). Hər bir həqiqi xidmətçisinin həyatı Yehovanın gözündə çox qiymətlidir. Lakin indicə sitat gətirdiyimiz 116-cı məzmurdakı ayədə Allahın ayrı-ayrı xidmətçilərinin ölümü nəzərdə tutulmur.

Allahın xidmətçisi sadiq bir məsihçi kimi ölsə belə, dəfn mərasimində məruzə söylənilərkən Məzmur 116:15 ayəsini ona tətbiq etmək düzgün deyil. Niyə? Çünki məzmurçu bu ifadəni geniş mənada istifadə etmişdi. Bu, o deməkdir ki, Yehova sadiq xidmətçilərinin bir qrup şəklində ölümünü həddən artıq baha qiymət hesab etdiyi üçün bunun baş verməsinə heç vaxt yol verməyəcək. (Məzmur 72:14; 116:8 ayələrinə bax.)

Məzmur 116:15 ayəsi bizə zəmanət verir ki, Yehova sadiq xidmətçilərinin bir qrup şəklində tamamilə yer üzündən silinməsinə yol verməyəcək. Müasir tariximiz bizim bir çox şiddətli sınaq və təqiblərə tab gətirdiyimizi göstərir. Bu, Yehovanın bizim tamamilə məhv olunmağımıza heç vaxt yol verməyəcəyinə dəlalət edir.

Yehova tükənməz güc sahibidir və mümkün deyil ki, Onun niyyəti yerinə yetməsin, buna görə də O, bizim bir qrup kimi yer üzündən silinib atılmağımıza yol verməyəcək. Əgər Allah buna icazə versəydi, belə bir təəssürat yaranacaqdı ki, düşmənləri Ondan daha güclüdür, bu isə qətiyyən mümkün deyil! Belə olan halda Yehovanın yer üzündə Ona sadiq olan insanların yaşamasına dair niyyəti boşa çıxacaqdı, lakin bu niyyətin baş tutmayacağına az da olsa ehtimal yoxdur (Yeşaya 45:18; 55:10, 11). Əgər möhtəşəm ruhani məbədin yer üzündəki həyətində bir nəfər də olsun ibadət edən adam qalmasaydı, onda burada Yehova qarşısında müqəddəs xidmətin icra olunmasına son qoyulardı! «Yeni yer»in, yəni «yeni göy»ün rəhbərliyi altında yaşayacaq saleh insan cəmiyyətinin yaradılması üçün heç bir təməl olmayacaqdı (Vəhy 21:1). Onda yer üzündə sadiq təbəələr olmadan Məsihin Minillik Hökmranlığı da baş tutmayacaqdı (Vəhy 20:4, 5).

Əgər Yehova düşmənlərinin əlinə bütün xidmətçilərini yer üzündən silmək fürsəti versəydi, Onun adına və mövqeyinə şübhə yaranardı. Belə olan halda Yehovanın daşıdığı «Kainatın Hökmdarı» titulu ləkələnərdi. Bundan əlavə, O, Özünə və müqəddəs adına hörmətdən irəli gələrək, sadiq insanların bir qrup kimi ölməsinə yol verməyəcək. Gəlin bir anlığa düşünək: əgər Allah «heç zaman haqsızlıq [etmirsə]», sizcə, O, Ona sədaqətlə xidmət edən insanları qrup şəklində qorumayacaq? (Qanun. t. 32:4; Yar. 18:25). Üstəlik, Öz xidmətçilərinin qrup şəklində kökünün kəsilməsinə yol verməsi Kəlamındakı: «Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq», — sözlərinə zidd olardı (1 Şam. 12:22). Bəli, «Rəbb xalqını Özündən ayırmaz, irsini Öz əlindən verməz» (Məz. 94:14).

Yer üzündə Yehovanın xalqının heç vaxt məhv olmayacağını bilmək necə də təsəllivericidir! Belə isə, gəlin Ona sadiq qalmaq üçün əlimizdən gələni əsirgəməyək və Onun növbəti vədinə etibar edək: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir» (Yeşaya 54:17).

[22–ci səhifədəki yazı]

Yehova heç vaxt Öz xalqının kökünün kəsilməsinə yol verməyəcək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş