Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/5 s. 31—32
  • «Kitab paylamaq işi get-gedə daha çox xoşuma gəlir»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Kitab paylamaq işi get-gedə daha çox xoşuma gəlir»
  • Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2012
w12 15/5 s. 31—32

Arxivimizdən

«Kitab paylamaq işi get-gedə daha çox xoşuma gəlir»

«MİNİLLİYİN ŞƏFƏQİ» kitabının I cildinin yüz nüsxəsi 1886–cı ildə Allehandakı (Pensilvaniya, ABŞ) Müqəddəs Kitab evindən Çikaqoya (İllinoys) yola düşdü. Çarlz Teyz Rassel bu yeni kitabı kitab mağazaları vasitəsilə paylanacağına ümid edirdi. Dini kitablar yaymaqla məşğul olan Birləşmiş Ştatların ən böyük şirkətlərindən biri «Minilliyin şəfəqi» kitabını yaymağa razılıq verdi. Ancaq iki həftədən sonra kitabların hamısı Müqəddəs Kitab evinə qaytarıldı.

Məlumatlara əsasən, tanınmış bir yevangelist öz kitablarının «Minilliyin şəfəqi» kitabı ilə eyni vitrində olduğunu görəndə hirsindən özünə yer tapa bilmədi. O, qəzəblə bildirdi ki, əgər bu kitablar vitrində qalarsa, o və digər məşhur yevangelist dostlarının hamısı öz kitablarını yığışdırıb bizneslərini başqa yerdə quracaqlar. Şirkət istəmədən «Şəfəq» kitablarını qaytarmalı oldu. Üstəlik, bu kitabla əlaqədar qəzetlərdə elanlar da verilmişdi. Lakin düşmənlər əlindən gələni etdilər ki, təşkilatın elanlarla əlaqədar sazişləri ləğv edilsin. Bəs onda bu yeni nəşr həqiqət üçün susayan insanların evlərinə necə yol tapa bilərdi?

Çıxış yolu tapıldı: bunu kitabpaylayanlar edəcəkdiləra. 1881-ci ildə «Sion Gözətçi qülləsi»nin səhifələrində Müqəddəs Kitab ədəbiyyatlarını tammüddətli şəkildə paylaya biləcək 1000 təbliğçiyə təlabatın olduğu haqda elan verildi. Baxmayaraq ki, kitabpaylayanların sayı cəmi bir neçə yüz nəfər idi, onlar bu nəşrlər vasitəsilə həqiqət toxumunu hər yerdə səpirdilər. 1897-ci ilə qədər bir milyona yaxın «Şəfəq» kitabı paylanılmışdı və bu işin çox hissəsini kitabpaylayanlar görmüşdü. Onların çoxu «Gözətçi qülləsi»nə abunə yazılanlardan və kitab verdikləri insanlardan aldıqları kiçik məbləğlə dolanırdılar.

Bu cəsur kitabpaylayanlar kimlər idi? Onların arasında yeniyetmələr və yetkin yaşda olanlar da vardı. Əksəriyyəti subaylar və uşaqları olmayan cütlüklər idi, aralarında uşaqlı ailələr də az deyildi. Daimi kitabpaylayanlar bütün günü iş başında olurdular, köməkçi kitabpaylayanlar isə gün ərzində bu işə bir və ya iki saat sərf edirdilər. Səhhətləri və şəraiti hər kəsə kitab paylamaq işi ilə məşğul olmağa yol vermirdi. Ancaq kitab paylamaq imkanı olanlara 1906-cı ildə vilayət konqresində deyilmişdi ki, bunun üçün «ali savad, fitri istedad, ya da dildən pərgar olmaq» tələb olunmur.

Demək olar ki, hər bir qitədə bu qeyri-adi işi adi insanlar həyata keçirirdi. Bir qardaş hesablamışdı ki, yeddi il ərzində 15 000 kitab paylayıb. O demişdi: «Mən kitab alverçisi olmaq üçün yox, Yehova və Onun həqiqəti barədə şahidlik vermək üçün kitabpaylayan olmaq qərarına gəldim». Kitabpaylayanların ayaqları dəydiyi hər bir yerdə həqiqət toxumu kök atırdı və bunun sayəsində Müqəddəs Kitab Tədqiqatçılarından ibarət olan qruplar artmağa başladı.

Keşişlər kitabpaylayanları ələ salaraq onları «küçə alverçiləri» adlandırırdılar. 1892-ci ildə «Gözətçi qülləsi»ndə şərh edilirdi: «Çox az insan [onları] Ağamızın əsil təmsilçiləri kimi tanıyırlar, yaxud da Ağamız onların təvazökarlığında və fədakarlığında gördüyü həmin o ləyaqəti görürlər». Bir bacının dediyi kimi, kitabpaylayanların həyatı heç də rahat deyildi. Dözümlü ayaqqabılar və velosiped onların əsas nəqliyyat vasitələrindən idi. Kitabpaylayanlara veriləcək nəğd pul olmayanda bunun əvəzində ərzaq alırdılar. Bütün günü xidmət etdikdən sonra yorğun, ancaq xoşbəxt təbliğçilər yaşadıqları çadırlara və ya kirayə tutduqları otaqlara qayıdırdılar. Daha sonra kitabpaylayanların həm vaxtlarına, həm də pullarına qənaət etməyə kömək edən furqon evlər meydana çıxdıb.

1893-cü ildə Çikaqoda keçirilən konqresdən etibarən konqres proqramına kitabpaylayanların fəaliyyəti ilə əlaqədar xüsusi bənd əlavə olunmuşdu. Onlar öz təcrübələri, təbliğ üsulları haqda danışırdılar və praktiki məsləhətlər verirdilər. Bir dəfə Rassel qardaş zəhmətkeş təbliğçilərə məsləhət görmüşdü ki, doyumlu səhər yeməyi yesinlər, günorta yeməyindən qabaq bir stəkan süd, isti günlərdə isə sərinləşdirici şirə içsinlər.

Özlərinə əməkdaş axtaran kitabpaylayanlar konqres zamanı sarı lent taxırdılar. Yeni kitabpaylayanlar təcrübəli kitabpaylayanlarla əməkdaşlıq edirdilər. Görünür, bu cür təlimə ehtiyac vardı, çünki bir dəfə təzəcə kitabpaylayan olan bir bacı kitab təqdim edəndə o qədər həyəcanlanmışdı ki, həmsöhbətinə: «Onsuz da siz bu kitabları götürməyəcəksiniz, elə deyil?» — demişdi. Xoşbəxtlikdən, ev sahibi kitabları götürdü və bir müddətdən sonra bizim bacımız oldu.

Hansı qərarı verəcəyini bilməyən bir qardaş fikirləşirdi: «Hal-hazırkı rahat, dəbdəbəli həyatımı yaşayım və hər il təbliğ işinə 1000 dollar (ABŞ) ianə edim, yoxsa kitabpaylayanların sırasına qoşulum?» Həmin qardaşa demişdilər ki, Ağamız hər ikisini də bəyənir, lakin əgər o, vaxtını Ağaya xidmətə həsr etsə, bu, ona daha çox xeyir-dua gətirəcək. Meri Hainds hesab edirdi ki, kitabpaylayan olmaq «əksər insanlar üçün ən xeyirxah işi görməyin ən yaxşı üsuludur». Utancaq Alberta Krosbi bacı demişdi: «Kitab paylamaq işi get-gedə daha çox xoşuma gəlir».

Çalışqan kitabpaylayanların qohumları və digər davamçıları onların qoyduğu ruhani irsə sadiqdirlər. Əgər sizin nəslinizdə kitabpaylayan və ya pioner olmayıbsa, nəyə görə bu ənənənin təməlini qoymayasınız? Siz də tammüddətli xidməti get-gedə daha çox sevəcəksiniz!

[Haşiyələr]

a 1931-ci ildən sonra «kitabpaylayanlar» termini «pioner» termini ilə əvəz olundu.

b Furqon evlər barədə növbəti saylarımızın birində məlumat veriləcək.

[32–ci səhifədəki yazı]

Bunun üçün «ali savad, fitri istedad, ya da dildən pərgar olmaq» tələb olunmur

[31–ci səhifədəki şəkil]

Kitabpaylayan Alfred Osey Qanada, təxminən 1930-cu illər

[32–ci səhifədəki şəkil]

Yuxarıda: kitabpaylayan Edit Kin və Qertrud Morris İngiltərədə, təxminən 1918-ci il; aşağıda: Stenli Kossabum və Henri Nonkes Birləşmiş Ştatlarda, payladıqları kitabların boş qutuları

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş