Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 15
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Bilirsinizmi?
    Gözətçi qülləsi 2012
  • O, Allahın xalqının müdafiəsinə qalxdı
    İman örnəkləri
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2012
w12 1/10 s. 15

Bilirsinizmi?

Qədim dövrlərdə məktublar necə çatdırılırdı?

Fars imperiyasında dövlət işləri ilə bağlı olan rəsmi məktublar dövlət poçt xidməti vasitəsilə çatdırılırdı. Fars dövlətində bu xidmətin necə icra olunduğu «Ester» kitabında təsvir olunur: «Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi» (Ester 8:10). Roma imperiyasında da inzibati və hərbi məsələlərlə bağlı məktublar eyni üsulla çatdırılırdı.

Allahın qədim xidmətçilərindən biri olan Pavel və digərləri tərəfindən yazılan şəxsi məktublar isə fərqli üsullarla çatdırılırdı. Əgər insan varlı idisə, o, məktubu öz qulu vasitəsilə göndərə bilərdi. Əksəriyyət isə məktubları tanışları və hətta yolu oradan keçən kənar adamlar vasitəsilə göndərirdi. «Poçtalyon» istənilən kəs — ailə üzvləri, dostlar, əsgərlər, tacirlər ola bilərdi. Əlbəttə ki, ən vacib məsələ həmin şəxsin etibarlı insan olması, eləcə də məktubu açmadan və ehtiyatla ünvana çatdıra bilməsi idi. Müqəddəs Kitabda göstərilir ki, Allahın xidmətçisi olan Pavel məktublarının bəzilərini səfərə çıxan məsihçilər vasitəsilə göndərirdi (Efeslilərə 6:21, 22; Koloslulara 4:7).

Qədim İsraildə ticarət və qiymətlər barədə nə məlumdur?

Ölkənin iqtisadiyyatını, əsas etibarilə, kənd təsərrüfatı, heyvandarlıq, mübadilə yolu ilə ticarət təşkil edirdi. Müqəddəs Kitabda «Qoyun darvazası», «Balıqlar darvazası» və «Xarsit darvazası»nın adları çəkilir (Nehemya 3:1, 3; Yeremya 19:2). Bu adlar həmin darvazalardakı bazarlarda hansı malların satıldığını göstərir. Müqəddəs Yazılarda Yerusəlimin «çörək bişirənlər küçəsi», eləcə də satışda olan müxtəlif malların adı çəkilir (Yeremya 37:21).

Bəs qiymətlər barədə nə demək olar? Müqəddəs Kitaba verilən bir şərhdə deyilir: «Əsrlər boyunca qiymətlər dəyişirdi, buna görə də konkret malın qiymətinin nə vaxt və harada neçəyə olduğunu dəqiq müəyyən etmək çətindir». Müqəddəs Kitab da daxil olmaqla, qədim mənbələr təsdiqləyir ki, hətta o vaxtlar belə qiymətlər qalxırdı. Misal üçün, qədim zamanlardakı qul alverini götürək. Bizim eramızdan əvvəl 18 əsrdə ehtimal ki, qulların dəyəri orta hesabla 20 gümüş pul idi. Yusif peyğəmbəri də bu qiymətə satmışdılar, ola bilsin, gümüş deyildikdə şekel nəzərdə tutulurdu (Yaradılış 37:28). Üç yüz il sonra qulun qiyməti 30 şekel oldu (Çıxış 21:32). Bizim eramızdan əvvəl səkkizinci əsrdə 50 şekelə qalxdı (2 Padşahlar 15:20). İki əsr sonra isə, farsların dövründə qulun qiyməti 90 şekel və ya daha çox oldu. Gördüyümüz kimi, qiymətlərin qalxması təkcə bu günün bəlası deyil.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş